• $
  • £

“3+3” platformasının genişləndirilməsi Türkiyə tərəfindən koordinasiya edilir

“3+3” platformasının genişləndirilməsi Türkiyə tərəfindən koordinasiya edilir
04.12.2024 16:48
Türkiyə "3+3” regional əməkdaşlıq platforması çərçivəsində əməkdaşlığın genişləndirilməsi proseslərini koordinasiya edir. Bunu Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi Mariya Zaxarova deyib. 

Zaxarova qeyd edib ki, bu məsələ oktyabrın 18-də İstanbulda platforma üzvlərinin nazirlər toplantısında müzakirə olunub.


"Hazırda bu formata sədrlik edən Türkiyə tərəfi bu sessiyanın nəticələrini nəzərə alaraq digər iştirakçılarla əməkdaşlıq çərçivəsində lazımi işləri görür. Hazırkı mərhələdə prosesin koordinasiyası Türkiyə tərəfindən həyata keçirilir”, - Zaxarova bildirib.
 
2021-ci il dekabrın 10-da Moskvada 3+3 Məşvərətçi Regional Platformasının ilk iclası keçirilib. İclasa Rusiya, Azərbaycan, Ermənistan və Türkiyə xarici işlər nazirlərinin müavinləri, eləcə də İran Xarici İşlər Nazirliyinin baş direktoru Əlirza Hagiqyan həmsədrlik edib. 

Gürcüstanın da dəvət olunmuş nümayəndələri görüşdə iştirakdan çəkiniblər. Altıtərəfli əməkdaşlıq formatı - Rusiya, İran, Türkiyə və Cənubi Qafqaz ölkələri Ermənistan, Azərbaycan, Gürcüstan - daha əvvəl Azərbaycan və Türkiyə prezidentləri İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan tərəfindən irəli sürülüb. İran bu ideyanı alqışlayıb və regionda sülhün möhkəmləndirilməsi istiqamətində atılan addımlara töhfə verməyə hazır olduğunu bəyan edib.
 
Aytac 
 


www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Errol Mask: Ceffri Epşteynin sağ olması ilə bağlı iddia irəli sürüb
Dünya 10:39
Errol Mask: Ceffri Epşteynin sağ olması ilə bağlı iddia irəli sürüb
Pakistanda daşqınlar nəticəsində ölənlərin sayı 45-ə çatıb
Dünya 23:42
Pakistanda daşqınlar nəticəsində ölənlərin sayı 45-ə çatıb
İran ABŞ-yə məxsus daha bir təyyarəni vurub
Dünya 22:49
İran ABŞ-yə məxsus daha bir təyyarəni vurub
ABŞ İranla danışıqlar üçün son tarixi bir sutka uzadıb
Dünya 22:38
ABŞ İranla danışıqlar üçün son tarixi bir sutka uzadıb
Lavrov və Əraqçi arasında telefon danışığı olub
Dünya 21:19
Lavrov və Əraqçi arasında telefon danışığı olub
Hakan Fidan Suriyaya gedib
Dünya 17:35
Hakan Fidan Suriyaya gedib
Zori Balayan ölüb
Dünya 10:40
Zori Balayan ölüb
İrandan Azərbaycana indiyədək 3 297 şəxs təxliyə olunub
Dünya 10:30
İrandan Azərbaycana indiyədək 3 297 şəxs təxliyə olunub
ABŞ İranda vurulan F-15 qırıcı təyyarəsinin ikinci ekipaj üzvünü xilas edib
Dünya 09:05
ABŞ İranda vurulan F-15 qırıcı təyyarəsinin ikinci ekipaj üzvünü xilas edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol