• $
  • £

Rusiya gəmisi alman vertolyotuna hücum edib

Rusiya gəmisi alman vertolyotuna hücum edib
04.12.2024 17:51
Baltik dənizində Rusiya gəmisi Almaniya Silahlı Qüvvələrinə məxsus helikopterə siqnal raketləri atıb. Bu barədə Almaniyanın DPA agentliyi özünə yazın mənbələrə istinadən məlumat yayıb. Xəbəri Die Welt nəşri dərc edib.

Agentliyin məlumatına görə, bu insidenti Almaniyanın xarici işlər naziri Annalena Berbok Brüsseldə NATO ölkələrinin xarici işlər nazirlərinin görüşü çərçivəsində qeyd edib.

Berbok hadisənin təfərrüatlarını açıqlamayıb. Hadisənin nə vaxt baş verdiyi məlum deyil və nəticələr barədə də məlumat verilmir.

DPA qeyd edir ki, siqnal sursatları yalnız fövqəladə hallarda istifadə olunur. Agentliyin məlumatına görə, helikopter Baltik dənizi üzərində müşahidə missiyası həyata keçirirdi. Berbokun sözlərinə görə, orada daim Rusiyaya qarşı sanksiyalardan yayınmağa kömək edən gəmilər mövcuddur. O, regionda kritik infrastrukturun qorunması üçün patrul sayının artırılacağını elan edib.
 
N.Təbrizli

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Errol Mask: Ceffri Epşteynin sağ olması ilə bağlı iddia irəli sürüb
Dünya 10:39
Errol Mask: Ceffri Epşteynin sağ olması ilə bağlı iddia irəli sürüb
Pakistanda daşqınlar nəticəsində ölənlərin sayı 45-ə çatıb
Dünya 23:42
Pakistanda daşqınlar nəticəsində ölənlərin sayı 45-ə çatıb
İran ABŞ-yə məxsus daha bir təyyarəni vurub
Dünya 22:49
İran ABŞ-yə məxsus daha bir təyyarəni vurub
ABŞ İranla danışıqlar üçün son tarixi bir sutka uzadıb
Dünya 22:38
ABŞ İranla danışıqlar üçün son tarixi bir sutka uzadıb
Lavrov və Əraqçi arasında telefon danışığı olub
Dünya 21:19
Lavrov və Əraqçi arasında telefon danışığı olub
Hakan Fidan Suriyaya gedib
Dünya 17:35
Hakan Fidan Suriyaya gedib
Zori Balayan ölüb
Dünya 10:40
Zori Balayan ölüb
İrandan Azərbaycana indiyədək 3 297 şəxs təxliyə olunub
Dünya 10:30
İrandan Azərbaycana indiyədək 3 297 şəxs təxliyə olunub
ABŞ İranda vurulan F-15 qırıcı təyyarəsinin ikinci ekipaj üzvünü xilas edib
Dünya 09:05
ABŞ İranda vurulan F-15 qırıcı təyyarəsinin ikinci ekipaj üzvünü xilas edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol