• $
  • £

Gürcüstan Ombudsmanı polisi işgəncə verməkdə ittiham edib

Gürcüstan Ombudsmanı polisi işgəncə verməkdə ittiham edib
04.12.2024 18:22
Gürcüstanın xalq müdafiəçisi aparatının əməkdaşları ölkədə beş günlük etirazlar zamanı saxlanılan və ya aksiyalar zamanı zərər görən 201 nəfəri təcridxanalarda və xəstəxanalarda ziyarət edib. Bu barədə Gürcüstan ombudsmanı Levan İoseliani məlumat verib.

"Yaraların yerləşməsi, xarakteri və ciddilik dərəcəsi polisin vətəndaşlara qarşı zorakı metodlardan cəza vasitəsi kimi istifadə etdiyini göstərən inandırıcı mənzərə yaradır. Cəza məqsədli qəsdən və sərt zorakılıq işgəncə aktıdır," —  bəyanatda bildirilir.

Ombudsman Gürcüstan Daxili İşlər Nazirliyini belə hərəkətləri ictimai şəkildə pisləməyə və polis əməkdaşlarının qanunsuz hərəkətlərinin qarşısını almaq üçün tədbirlər görməyə çağırıb.

Gürcüstan Daxili İşlər Nazirliyinin məlumatına görə, 3 dekabrda keçirilən aksiyada 22 nəfər inzibati qayda pozuntusu törətməkdə şübhəli bilinərək saxlanılıb. Paper Kartulinin xəbərinə görə, etirazların başlanğıcından bəri inzibati maddələr üzrə ümumilikdə 315 nəfər saxlanılıb.
 
Daha 6 nümayişçi isə cinayət ittihamları ilə həbs edilib. Saxlanılanların çoxu polislərin onları döydüyündən şikayət edir.

N.Təbrizli

























www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Errol Mask: Ceffri Epşteynin sağ olması ilə bağlı iddia irəli sürüb
Dünya 10:39
Errol Mask: Ceffri Epşteynin sağ olması ilə bağlı iddia irəli sürüb
Pakistanda daşqınlar nəticəsində ölənlərin sayı 45-ə çatıb
Dünya 23:42
Pakistanda daşqınlar nəticəsində ölənlərin sayı 45-ə çatıb
İran ABŞ-yə məxsus daha bir təyyarəni vurub
Dünya 22:49
İran ABŞ-yə məxsus daha bir təyyarəni vurub
ABŞ İranla danışıqlar üçün son tarixi bir sutka uzadıb
Dünya 22:38
ABŞ İranla danışıqlar üçün son tarixi bir sutka uzadıb
Lavrov və Əraqçi arasında telefon danışığı olub
Dünya 21:19
Lavrov və Əraqçi arasında telefon danışığı olub
Hakan Fidan Suriyaya gedib
Dünya 17:35
Hakan Fidan Suriyaya gedib
Zori Balayan ölüb
Dünya 10:40
Zori Balayan ölüb
İrandan Azərbaycana indiyədək 3 297 şəxs təxliyə olunub
Dünya 10:30
İrandan Azərbaycana indiyədək 3 297 şəxs təxliyə olunub
ABŞ İranda vurulan F-15 qırıcı təyyarəsinin ikinci ekipaj üzvünü xilas edib
Dünya 09:05
ABŞ İranda vurulan F-15 qırıcı təyyarəsinin ikinci ekipaj üzvünü xilas edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol