• $
  • £

Ötən ay ən çox yağıntı hansı bölgələrə düşüb?

Ötən ay ən çox yağıntı hansı bölgələrə düşüb?
04.12.2024 19:56
2024-cü ilin noyabr ayında ölkə üzrə havanın temperaturu bəzi günlərdə normadan yuxarı, bəzi günlərdə isə normadan aşağı olub. Bakı və Abşeron yarımadasında havanın temperaturu iqlim norması ilə müqayisədə 17 gün normadan yuxarı,1 gün norma daxilində, 12 gün isə normadan aşağı olub, orta aylıq temperatur isə 11.4 dərəcə isti qeydə alınıb.Bunu Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudov bildirib.

Onun sözlərinə görə, ötən ay maksimal temperatur noyabrın 22-də qeydə alınıb ki, həmin gün havanın maksimal temperaturu ölkə üzrə Beyləqan rayonunda 26.4 dərəcə, Bakıda və Abşeron yarımadasında isə 24,5 dərəcə isti olub.

Minimal temperatur isə ölkə üzrə noyabrın 28-i Şahdağda 13.9 dərəcə şaxta, Bakıda və Abşeron yarımadasında isə noyabrın 7-də 3.5 dərəcə isti müşahidə olunub:

"2024-cü ilin noyabr ayında bölgələr üzrə 19 gün yağıntılı hava şəraiti müşahidə olunub. Ən çox yağıntı bölgələr üzrə aylıq normanın 174 faizi olmaqla Lənkəran-Astara zonasına, aylıq normanın 144 faizi olmaqla isə Bakı və Abşeron yarımadasına düşüb”.

Nazim Mahmudov qeyd edib ki, 2024-cü ilin noyabr ayının bəzi günlərində dağlıq ərazilərə qar yağıb. Yağan qar nəticəsində qar örtüyünün maksimal hündürlüyü 10-20 sm olub:

"Noyabr ayının bəzi günlərində küləkli hava şəraiti ilə bağlı ölkə üzrə rəng şkalasına uyğun olaraq 12 dəfə sarı və narıncı xəbərdarlıqlar verilib. Bakıda və Abşeron yarımadasında 18 gün, bölgələrdə isə 16 gün küləkli hava şəraiti müşahidə olunub, küləyin maksimal sürəti 28 m/s-dək güclənib”.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda telekommunikasiya xəritəsi yaradılacaq
Cəmiyyət 23:30
Azərbaycanda telekommunikasiya xəritəsi yaradılacaq
Naxçıvanda maaşlarla bağlı yeni qərar hazırlanır
Cəmiyyət 23:18
Naxçıvanda maaşlarla bağlı yeni qərar hazırlanır
Sabah Sabunçu və Binəqədinin bir hissəsində qaz kəsiləcək
Cəmiyyət 20:17
Sabah Sabunçu və Binəqədinin bir hissəsində qaz kəsiləcək
Zamira Ədilova TƏBİB- in mətbuat katibi vəzifəsindən azad olunub
Cəmiyyət 19:25
Zamira Ədilova TƏBİB- in mətbuat katibi vəzifəsindən azad olunub
Xəzərdə yenidən zəlzələ olub
Cəmiyyət 18:48
Xəzərdə yenidən zəlzələ olub
Qazaxıstan müdafiə nazirinin müavini Azərbaycana gəlib
Cəmiyyət 18:16
Qazaxıstan müdafiə nazirinin müavini Azərbaycana gəlib
SabahYevlaxın bir hissəsində qaz kəsiləcək
Cəmiyyət 18:07
SabahYevlaxın bir hissəsində qaz kəsiləcək

74 uşağın müəssisəyə verilməsininqarşısı alınıb
Cəmiyyət 17:45
74 uşağın müəssisəyə verilməsininqarşısı alınıb

Prezident Milli Aviasiya Akademiyasında Beynəlxalq Təlim Mərkəzinin açılışında iştirak edib
Cəmiyyət 17:38
Prezident Milli Aviasiya Akademiyasında Beynəlxalq Təlim Mərkəzinin açılışında iştirak edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol