• $
  • £

İran kosmosa hərbi peyk göndərib

İran kosmosa hərbi peyk  göndərib
06.12.2024 17:07
İranın iki mərhələli Simorgh raketdaşıyıcısı dekabrın 6-da səhər ölkənin Müdafiə Nazirliyinin ehtiyacları üçün hazırlanan Fakhr-1 peykini orbitə çıxarıb. Bu barədə Tasnim agentliyi məlumat yayıb.

Məlumata görə, peykin uğurlu buraxılışı İmam Xomeyni adına kosmodromdan həyata keçirilib. Fakhr-1, peykləri daha yüksək orbitə çıxarmaq üçün nəzərdə tutulan Saman-1 sürətləndirici modulu ilə birlikdə orbitə buraxılıb. Bildirilir ki, hərbi peykin komponentlərinin əksəriyyəti İran şirkətləri tərəfindən dizayn edilib və istehsal olunub.

Buraxılış zamanı İranın kosmik sənayesində yeni bir rekord müəyyən edilib. Faydalı yük qaldırma potensialı bu dəfə 300 kiloqrama çatdırılıb.

İranın kosmik aparatlarının bundan əvvəlki buraxılışı 5 noyabrda baş tutub O zaman Kowsar və Hodhod peykləri Space Omid adlı özəl şirkət tərəfindən Rusiyanın "Soyuz-2.1b" raketdaşıyıcısı vasitəsilə orbitə çıxarılmışdı.
 
N.Təbrizli














































www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Pakistanda daşqınlar nəticəsində ölənlərin sayı 45-ə çatıb
Dünya 23:42
Pakistanda daşqınlar nəticəsində ölənlərin sayı 45-ə çatıb
İran ABŞ-yə məxsus daha bir təyyarəni vurub
Dünya 22:49
İran ABŞ-yə məxsus daha bir təyyarəni vurub
ABŞ İranla danışıqlar üçün son tarixi bir sutka uzadıb
Dünya 22:38
ABŞ İranla danışıqlar üçün son tarixi bir sutka uzadıb
Lavrov və Əraqçi arasında telefon danışığı olub
Dünya 21:19
Lavrov və Əraqçi arasında telefon danışığı olub
Hakan Fidan Suriyaya gedib
Dünya 17:35
Hakan Fidan Suriyaya gedib
Zori Balayan ölüb
Dünya 10:40
Zori Balayan ölüb
İrandan Azərbaycana indiyədək 3 297 şəxs təxliyə olunub
Dünya 10:30
İrandan Azərbaycana indiyədək 3 297 şəxs təxliyə olunub
ABŞ İranda vurulan F-15 qırıcı təyyarəsinin ikinci ekipaj üzvünü xilas edib
Dünya 09:05
ABŞ İranda vurulan F-15 qırıcı təyyarəsinin ikinci ekipaj üzvünü xilas edib
Avstraliya sahillərində 6 maqnitudalı zəlzələ baş verib
Dünya 23:51
Avstraliya sahillərində 6 maqnitudalı zəlzələ baş verib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol