• $
  • £

Səudiyyə diplomatı tekila içib yapon qadına təcavüz edib

Səudiyyə diplomatı tekila içib yapon qadına təcavüz edib
06.12.2024 17:16
Tokio polisi Səudiyyə Ərəbistanı səfirliyinin əməkdaşını ictimai yerdə tanımadığı bir qadına təcavüz etməkdə şübhəli bilir. Bu barədə The Asahi Shimbun qəzeti məlumat yayıb.

Hadisənin 2024-cü ilin iyul ayında baş verdiyi bildirilir. İstintaq məlumatlarına görə, Səudiyyə Ərəbistanı səfirliyinin attaşesi spirtli içki təsiri altında Tokionun mərkəzində tanımadığı bir qadınla söhbət edib, daha sonra isə ona qarşı nalayiq hərəkətlər etməyə başlayıb. Yerli sakin polis çağırıb.

Diplomat spirtli içki testindən keçməkdən imtina edib, lakin "tekila içdiyini" etiraf edib. O, polis əməkdaşları ilə birlikdə bölməyə getməyə razılaşıb, lakin orada özünü diplomatik işçi kimi təqdim edərək bölmədən ayrılıb.

Daha sonra Yaponiya polisi iki dəfə həmin şəxsi danışıq üçün çağırsa da, hər iki müraciətə məhəl qoyulmayıb. Qeyd olunur ki, yaxın zamanda polis işi prokurorluğa təqdim etmək niyyətindədir. Qəzetin məlumatına görə, diplomat artıq Yaponiyanı tərk edib və Səudiyyə Ərəbistanına qayıdıb.
 
N.Təbrizli

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Pakistanda daşqınlar nəticəsində ölənlərin sayı 45-ə çatıb
Dünya 23:42
Pakistanda daşqınlar nəticəsində ölənlərin sayı 45-ə çatıb
İran ABŞ-yə məxsus daha bir təyyarəni vurub
Dünya 22:49
İran ABŞ-yə məxsus daha bir təyyarəni vurub
ABŞ İranla danışıqlar üçün son tarixi bir sutka uzadıb
Dünya 22:38
ABŞ İranla danışıqlar üçün son tarixi bir sutka uzadıb
Lavrov və Əraqçi arasında telefon danışığı olub
Dünya 21:19
Lavrov və Əraqçi arasında telefon danışığı olub
Hakan Fidan Suriyaya gedib
Dünya 17:35
Hakan Fidan Suriyaya gedib
Zori Balayan ölüb
Dünya 10:40
Zori Balayan ölüb
İrandan Azərbaycana indiyədək 3 297 şəxs təxliyə olunub
Dünya 10:30
İrandan Azərbaycana indiyədək 3 297 şəxs təxliyə olunub
ABŞ İranda vurulan F-15 qırıcı təyyarəsinin ikinci ekipaj üzvünü xilas edib
Dünya 09:05
ABŞ İranda vurulan F-15 qırıcı təyyarəsinin ikinci ekipaj üzvünü xilas edib
Avstraliya sahillərində 6 maqnitudalı zəlzələ baş verib
Dünya 23:51
Avstraliya sahillərində 6 maqnitudalı zəlzələ baş verib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol