• $
  • £

Time dekabrın 12-də "ilin adamı"nın adını açıqlayacaq

Time dekabrın 12-də
09.12.2024 22:35
Time jurnalı  dekabrın 9-da 2024-cü ilin "İlin Adamı" adına iddialı olan namizədlərin qısa siyahısını açıqlayıb.
 
Siyahıya ABŞ-ın vitse-prezidenti Kamala Harris, Uels şahzadəsi Keyt Middlton, iş adamı Elon Mask, Aleksey Navalnının həyat yoldaşı Yuliya Navalnaya, İsrailin baş naziri Benyamin Netanyahu, ABŞ Federal Ehtiyat Sisteminin rəhbəri Cerom Pauell, podkaster Co Roqan, Meksika prezidenti Klaudiya Şeynbaum, ABŞ-ın seçilmiş prezidenti Donald Tramp və Meta-nın baş direktoru Mark Zukerberq daxil edilib. 

Elon Mask haqqında olan annotasiyada Time jurnalı onu "dünyanın ən varlı insanı" və 2024-cü ildə "siyasət dünyasına qədəm qoymuş şəxs" kimi xarakterizə edib.
 
Time Benyamin Netanyahunu "bu ilin ən nüfuzlu və mübahisəli dünya liderlərindən biri", Yuliya Navalnayanı "Rusiya müxalifətinin birinci xanımı", Donald Trampı isə "təqsirli bilinən ilk seçilmiş prezident" adlandırıb.

Time "İlin Adamı"nı dekabrın 12-də  elan edəcək.

1927-ci ildən etibarən Time jurnalı son 12 ay ərzində dünyaya "ən böyük təsir göstərən" insanı, qrupu və ya konsepsiyanı – yaxşı və ya pis mənada – seçir.
 
2023-cü ildə bu ada müğənni Teylor Svift layiq görülüb. 
 
N.Təbrizli

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Pakistanda daşqınlar nəticəsində ölənlərin sayı 45-ə çatıb
Dünya 23:42
Pakistanda daşqınlar nəticəsində ölənlərin sayı 45-ə çatıb
İran ABŞ-yə məxsus daha bir təyyarəni vurub
Dünya 22:49
İran ABŞ-yə məxsus daha bir təyyarəni vurub
ABŞ İranla danışıqlar üçün son tarixi bir sutka uzadıb
Dünya 22:38
ABŞ İranla danışıqlar üçün son tarixi bir sutka uzadıb
Lavrov və Əraqçi arasında telefon danışığı olub
Dünya 21:19
Lavrov və Əraqçi arasında telefon danışığı olub
Hakan Fidan Suriyaya gedib
Dünya 17:35
Hakan Fidan Suriyaya gedib
Zori Balayan ölüb
Dünya 10:40
Zori Balayan ölüb
İrandan Azərbaycana indiyədək 3 297 şəxs təxliyə olunub
Dünya 10:30
İrandan Azərbaycana indiyədək 3 297 şəxs təxliyə olunub
ABŞ İranda vurulan F-15 qırıcı təyyarəsinin ikinci ekipaj üzvünü xilas edib
Dünya 09:05
ABŞ İranda vurulan F-15 qırıcı təyyarəsinin ikinci ekipaj üzvünü xilas edib
Avstraliya sahillərində 6 maqnitudalı zəlzələ baş verib
Dünya 23:51
Avstraliya sahillərində 6 maqnitudalı zəlzələ baş verib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol