• $ 1.7
  • € 1.9324
  • ₽ 0.02148
  • ₺ 0.0434
  • £ 2.2971

Avropa ölkələri suriyalılara qarşı yeni siyasət yürüdüb

Avropa ölkələri suriyalılara qarşı yeni siyasət yürüdüb
09.12.2024 22:58
Avropa ölkələri, Suriya paytaxtının üsyançılar tərəfindən ələ keçirilməsi və Prezident Bəşər Əsədin 13 illik vətəndaş müharibəsindən sonra Rusiyaya qaçmasından sonra, bazar ertəsi Suriyadan olan qaçqınlara sığınacaq verilməsini  qeyri-müəyyən müddətə dayandırıb. 

On minlərlə açıq müraciətə təsir edən bu qərar, Suriyadakı sürətlə dəyişən siyasi vəziyyəti və Avropa boyunca miqrasiyanı məhdudlaşdırmağa çalışan sağ qanad partiyaların yüksəlişini əks etdirir.

Almaniya 2015-ci ildə Suriya vətəndaş müharibəsinin ən gərgin dövründə sığınacaq axtaranlara  qapılarını açıb və  təxminən bir milyon suriyalını qəbul edib. Hazırda Avropada ən iri suriya icması Almaniyada yaşayır. 

Berlinin Daxili İşlər Nazirliyi bazar ertəsi bildirib ki, Suriyadakı siyasi durumun yaxşılaşması məsələsinə  aydınlıq  gələnə  qədər sığınacaq müraciətlərinə baxılmayacaq. Böyük Britaniya da sığınacaq verilməsi ilə bağlı qərarlarını dayandırıb və daxili işlər nazirliyi vəziyyəti qiymətləndirdiyini bildirib.

Böyük Britaniya hökumətinin proqramına əsasən, 2014-cü ilin martından 2021-ci ilin fevralına qədər ölkəyə ümumilikdə 20,319 suriyalı qaçqın yerləşdirilib. Bu barədə Qaçqınlar Şurası məlumat verib.

Norveç və Avstriya da daxil olmaqla digər ölkələr suriyalıların müraciətlərinə baxmağı dayandırdıqlarını elan edib, Fransa isə qısa müddətdə oxşar bir qərarı elan edəcəyini bildirib. 

Federal Miqrasiya və Qaçqınlar İdarəsi məlumatlarına görə, Suriya bu il Almaniyada sığınacaq üçün müraciət edənlərin ən çox olduğu ölkədir. Belə ki bu il noyabrın sonuna qədər suriyalılardan 72,420 müraciət daxil olub. Təxminən 47,270 müraciətə isə hələ baxılmayıb. 

Federal Miqrasiya və Qaçqınlar İdarəsinə görə, müraciətlərin dayandırılması artıq təsdiq edilən müraciətlərə təsir etmir. Daxili işlər naziri Nensi Faezer bildirib ki, qiymətləndirmələr Suriyadakı hadisələrdən asılı olacaq və ölkəyə qayıtmağın təhlükəsiz olub-olmadığını söyləmək  hələ tezdir.

Norveçin miqrasiya orqanları bildirib ki, suriyalıların sığınacaqla bağlı  müraciətləri hələlik nə rədd, nə də qəbul ediləcək.

Danimarka da müraciətlərin işlənməsini dayandırıb və bildirib ki, müraciətləri artıq rədd edilən və ölkəni tərk etmək üçün vaxt verilən suriyalılara hazırkı qeyri-müəyyənlik səbəbindən daha uzun müddət qalmaq imkanı veriləcək.

Avstriya kansleri Karl Nehammer, daxili işlər nazirinə hazırkı bütün Suriyalı sığınacaq müraciətlərini və ailə birləşmələrini dayandırmaq göstərişi verib və bildirib ki, sığınacaq verilən halların da yenidən nəzərdən keçirilməsi planlaşdırılır.

Yunanıstan, təxminən 9,000 suriyalının sığınacaqla bağlı müraciətiniə baxmağı dayandırıb.  Bu barədə yunan hökumətinin yüksək vəzifəli bir nümayəndəsi bildirib.
 
Rəsmilər, hökumətin bu qərarı yekunlaşdırmaq üçün cümə günü toplanacağını deyiblər.

İsveçin miqrasiya orqanları dərhal şərh tələbinə cavab verməyib.

N.Təbrizli

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan və Ərdoğan nəyi müzakirə etdilər?
Dünya 16:59
Paşinyan və Ərdoğan nəyi müzakirə etdilər?
Almaniya kansleri Mers Vaşinqtonda Tramp ilə görüşəcək
Dünya 16:44
Almaniya kansleri Mers Vaşinqtonda Tramp ilə görüşəcək
Ermənistan KTMT-yə üzvlük haqqını ödəməyib
Dünya 16:39
Ermənistan KTMT-yə üzvlük haqqını ödəməyib
Kriptovalyuta bazarının son göstəriciləri açıqlanıb
Dünya 10:07
Kriptovalyuta bazarının son göstəriciləri açıqlanıb


Təbrizdə itlərin küçədə gəzdirilməsi qadağan edilib
Dünya 09:46
Təbrizdə itlərin küçədə gəzdirilməsi qadağan edilib
Niderland Ukraynaya yeni yardım paketi ayıracaq
Dünya 23:50
Niderland Ukraynaya yeni yardım paketi ayıracaq
ABŞ səfirliyi Ukraynadakı vətəndaşlara xəbərdarlıq edib
Dünya 23:20
ABŞ səfirliyi Ukraynadakı vətəndaşlara xəbərdarlıq edib
ABŞ Qəzzada atəşkəslə bağlı qətnaməyə veto qoyacaq - KİV
Dünya 22:30
ABŞ Qəzzada atəşkəslə bağlı qətnaməyə veto qoyacaq - KİV
Tramp və Putin arasında telefon danışığı olub
Dünya 21:00
Tramp və Putin arasında telefon danışığı olub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol