• $
  • £

Zelenskinin Makron və Tramp ilə danışıqlarının təfərrüatları

Zelenskinin Makron və Tramp ilə danışıqlarının təfərrüatları
09.12.2024 23:00
Ukrayna Prezidenti Volodimir Zelenski Parisdə Fransa Prezidenti Emmanuel Makron və ABŞ-ın seçilmiş Prezidenti Donald Tramp ilə görüşündə müharibənin dayandırılmasını müzakirə etdiyini bildirib. Onun sözlərini NV nəşri yayıb.

"Əgər bu bizim aramızda qalacaqsa, biz bu barədə danışdıq. Mən dedim ki, biz müharibənin bitməsini dünyada hər kəsdən daha çox istəyirik. Şübhəsiz ki, müharibənin diplomatik yolla dayandırılması daha çox insanın həyatını qoruyar," -  Zelenski bildirib.
 
"Lakin mən həm Prezident Makronu, həm də Prezident Trampı xəbərdar etdim: siz görəcəksiniz ki, Putin bu müharibəni dayandırmaq istəmir, buna görə də onu məcbur etmək lazımdır."

Ukrayna liderinin sözlərinə görə, bu yalnız "Ukraynanın güclü olması" halında mümkündür. Bu, Qərbin, o cümlədən silah tədarükü və uzaqmənzilli sistemlərlə dəstəyini əhatə edir.

Zelenski, Tramp və Makronun görüşü 7 dekabrda baş tutub. Axios mənbələrə istinadən yazıb ki, görüş 45 dəqiqə davam edib.

Bundan sonra Tramp Kiyevin Moskva ilə "saziş" bağlamaq istəyindən danışıb və tərəfləri dərhal danışıqlara çağırıb. O, həmçinin xəbərdarlıq edib ki, hazırkı vəziyyət "çox daha böyük və daha pis bir şeyə" çevrilə bilər.

"Mən Vladimir [Putini] yaxşı tanıyıram. İndi onun hərəkət etmə vaxtıdır. Çin kömək edə bilər. Dünya gözləyir," -  ABŞ-ın seçilən prezidenti bildirib.
 
N.Təbrizli

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Pakistanda daşqınlar nəticəsində ölənlərin sayı 45-ə çatıb
Dünya 23:42
Pakistanda daşqınlar nəticəsində ölənlərin sayı 45-ə çatıb
İran ABŞ-yə məxsus daha bir təyyarəni vurub
Dünya 22:49
İran ABŞ-yə məxsus daha bir təyyarəni vurub
ABŞ İranla danışıqlar üçün son tarixi bir sutka uzadıb
Dünya 22:38
ABŞ İranla danışıqlar üçün son tarixi bir sutka uzadıb
Lavrov və Əraqçi arasında telefon danışığı olub
Dünya 21:19
Lavrov və Əraqçi arasında telefon danışığı olub
Hakan Fidan Suriyaya gedib
Dünya 17:35
Hakan Fidan Suriyaya gedib
Zori Balayan ölüb
Dünya 10:40
Zori Balayan ölüb
İrandan Azərbaycana indiyədək 3 297 şəxs təxliyə olunub
Dünya 10:30
İrandan Azərbaycana indiyədək 3 297 şəxs təxliyə olunub
ABŞ İranda vurulan F-15 qırıcı təyyarəsinin ikinci ekipaj üzvünü xilas edib
Dünya 09:05
ABŞ İranda vurulan F-15 qırıcı təyyarəsinin ikinci ekipaj üzvünü xilas edib
Avstraliya sahillərində 6 maqnitudalı zəlzələ baş verib
Dünya 23:51
Avstraliya sahillərində 6 maqnitudalı zəlzələ baş verib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol