• $
  • £

İran dünyaya öz silahlarını təklif edir

İran dünyaya öz silahlarını təklif edir
10.12.2024 14:23
İran, raket və pilotsuz uçuş aparatlarını (PUA) dünyadakı istənilən ölkəyə satmağa hazırdır, amma yalnız onların xarici təhdidlərə qarşı istifadə edilməsi şərti ilə. Bu barədə İran Silahlı Qüvvələrinin elit bölmələri olan İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) keçmiş rəhbəri və Üç Hakimiyyətin Yüksək Koordinasiya Şurasının katibi general Mohsen Rezai bildirib.

"İran raketləri, pilotsuz uçuş aparatlarını və digər silahlarını dünyanın istənilən ölkəsinə, xüsusilə ərəb və islam ölkələrinə satmağa hazırdır, lakin yalnız bu silahların xarici təcavüzə qarşı mübarizə məqsədilə istifadə edilməsi şərtilə. Biz silahlarımızı satmağa hazırıq ki, millətlər özlərini qoruya bilsinlər", - Rezai deyib. 

"İran hücuma məruz qaldıqda (burada 1980-ci ildə başlayan İran-İraq müharibəsi nəzərdə tutulur), bizimlə müqavilələri olan və bizdən milyardlar alan bütün xarici dövlətlər hərbi sənaye sahəsində bütün əlaqələri kəsdi," -  SEPAH-ın keçmiş rəhbəri xatırladıb.

Bütün bu çətinliklərə baxmayaraq, Rezainin sözlərinə görə, hazırda İran sanksiyalar altında olsa da, hərbi sahədə tərəqqi əldə edə bilib.
 
N.Təbrizli

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Pakistanda daşqınlar nəticəsində ölənlərin sayı 45-ə çatıb
Dünya 23:42
Pakistanda daşqınlar nəticəsində ölənlərin sayı 45-ə çatıb
İran ABŞ-yə məxsus daha bir təyyarəni vurub
Dünya 22:49
İran ABŞ-yə məxsus daha bir təyyarəni vurub
ABŞ İranla danışıqlar üçün son tarixi bir sutka uzadıb
Dünya 22:38
ABŞ İranla danışıqlar üçün son tarixi bir sutka uzadıb
Lavrov və Əraqçi arasında telefon danışığı olub
Dünya 21:19
Lavrov və Əraqçi arasında telefon danışığı olub
Hakan Fidan Suriyaya gedib
Dünya 17:35
Hakan Fidan Suriyaya gedib
Zori Balayan ölüb
Dünya 10:40
Zori Balayan ölüb
İrandan Azərbaycana indiyədək 3 297 şəxs təxliyə olunub
Dünya 10:30
İrandan Azərbaycana indiyədək 3 297 şəxs təxliyə olunub
ABŞ İranda vurulan F-15 qırıcı təyyarəsinin ikinci ekipaj üzvünü xilas edib
Dünya 09:05
ABŞ İranda vurulan F-15 qırıcı təyyarəsinin ikinci ekipaj üzvünü xilas edib
Avstraliya sahillərində 6 maqnitudalı zəlzələ baş verib
Dünya 23:51
Avstraliya sahillərində 6 maqnitudalı zəlzələ baş verib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol