• $ 1.7
  • € 1.785
  • ₽ 1.9142
  • ₺ 0.0467
  • £ 2.1531

Mövcud formatlar dəyişməsə, ölkəyə xarici alimləri cəlb etmək mümkün olmayacaq - Emin Əmrullayev

Mövcud formatlar dəyişməsə, ölkəyə xarici alimləri cəlb etmək mümkün olmayacaq - Emin Əmrullayev
11.12.2024 12:00
Azərbaycanda tədqiqatlarla bağlı mövcud formatlar dəyişməlidir, əks halda xaricdə fəaliyyət göstərən tədiqatçını ölkəyə dəvət edəndə bu prosedurlardan keçməkdən imtina edir. Bunu elm və təhsil naziri Emin Əmrullayev deyib.

"İstər kimya,fizika, riyaziyyat,biologiya sahəsində azərbaycanlı alimlərin məhz dünya elminə inteqrasiya olması, həmçinin dünyanın aparıcı alimlərinin Azərbaycanda elmi tədqiqatlara cəlb olunması priotet istiqamətdir. Mövcud formatlar əsaslı şəkildə dəyişməlidir. Xaricdən hər hansı tədqiqatçını Azərbaycana alim və ya tədqiqatçı kimi dəvət ediriksə, onun bizim prosedurlardan keçməsi,sadə dildə desək, özünə hörmət edən alim bu prosedurlardan keçmək istəmir. Bizim üçün sual bundan ibarətdir ki, biz o alimləri burada görmək istəyirik, ya yox. İstəyiriksə bu prosedurlara mütləq qaydada baxmalıyıq. Niyyət olaraq ali təhsil müəssisələri ilə yaxından işləməyə çalışırıq. Bununla bağlı ilkin mərhələdə ali təhsil müəssisələrinə pilot qaydada maliyyə resursları ayırırıq. Məbləğlər böyük olmasa da, müşahidələrimiz onu göstərir ki, ali təhsil müəssisələri bir çox bürokratik səbəblərdən bu vəsaiti xərcləyə bilmir.  Bizim ali təhsil sistemində olan yanaşmalarımız həddindən artıq köhnəlib. Burada çox ciddi bir iradəyə ehtiyac var. Bunlar maneədir. Düşünürəm ki, bu maneələr aradan qaldırılmalıdır",- nazir Əmrullayev "Elm və ali təhsilin beynəlmiləlləşməsi" adlı tədbirdə çıxışı zamanı deyib.

Bundan əvvəl elm və təhsil naziri Emin Əmrullayev elmi tədqiqatlarla bağlı dəyişiliklərə ehtiyac olduğunu dəfələrlə çıxışlarında diqqətə çatıdırıb.

Nazir vurğulayıb ki, Elm və Təhsil Nazirliyinin əsas hədəflərindən biri alimlərə elmi adlarına  görə yox, elmi fəaliyyətlərinə görə ödənişlər etməkdir.

Bundan əvvəl Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi də açıqlama yayaraq bildirib ki, cari il üzrə yüzə yaxın alimə elmi nəticələrinə görə ödənişlər edilib və bu cür maliyyəşmə prosesi növbəti mərəhələlərdə də davam edəcək. 
 
Gülnar Nazimqızı 

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Sabah pensiyalar artımla birgə veriləcək
Cəmiyyət 14:49
Sabah pensiyalar artımla birgə veriləcək
Elektron siqaretlər təhlükəlidir! - Birgə məlumat
Cəmiyyət 13:37
Elektron siqaretlər təhlükəlidir! - Birgə məlumat
Əfv Komissiyasının iclasları başlayır - Yenilənib
Cəmiyyət 12:21
Əfv Komissiyasının iclasları başlayır - Yenilənib
Hərbi hissələrdə görüşə müvəqqəti məhdudiyyət qoyulub
Cəmiyyət 09:49
Hərbi hissələrdə görüşə müvəqqəti məhdudiyyət qoyulub
Prezident və xanımı yeni yaradılan parkın açılışında iştirak edib
Cəmiyyət 20:12
Prezident və xanımı yeni yaradılan parkın açılışında iştirak edib
Qarabağ Universitetinin klinikası yaradılıb - Fərman
Cəmiyyət 13:19
Qarabağ Universitetinin klinikası yaradılıb - Fərman
Cəmiyyət 10:13
"Ali təhsil haqqında" qanun hazırda müzakirə predmeti deyil - Nazir
Qarabağ universitetində tibb fakültəsi yaradılacaq -  nazir
Cəmiyyət 15:41
Qarabağ universitetində tibb fakültəsi yaradılacaq - nazir
Bu il ilk dəfə hansı fənn müəllimləri imtahan verəcək? - Siyahı
Cəmiyyət 15:17
Bu il ilk dəfə hansı fənn müəllimləri imtahan verəcək? - Siyahı
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol