• $ 1.7
  • € 2.0022
  • ₽ 0.021715
  • ₺ 0.0396
  • £ 2.297

ABB Biz-də qeydiyyatdan keçib Mobil POS istifadə et, kiçik biznes üçün 9%-lə kredit al!

ABB Biz-də qeydiyyatdan keçib Mobil POS  istifadə et, kiçik biznes üçün 9%-lə kredit al!
11.12.2024 16:57
Bizneslərin etibarlı tərəfdaşı olan ABB-dən kiçik sahibkarlara xoş xəbər var. Bank onlar üçün yeni kampaniya elan edib. ABB Biz tətbiqində yeni qeydiyyatdan keçib Mobil POS-dan istifadə etməyə başlayan müştərilər illik 9%-dən başlayan illik faiz dərəcəsi ilə 20 000 manatadək kredit ala bilərlər. 

Kampaniyanın şərtləri:

Məbləğ – 20 000 manatadək
Müddət – 48 ayadək
Faiz dərəcəsi – 9%-dən başlayaraq
Zaminsiz, girovsuz, komissiyasız
FİFD – 9% - 20%
Mobil POS pulsuz və komissiyasız verilir.

Bu imkandan yararlanmaq üçün müştəri: ABB Biz tətbiqinə qoşulmalı, Mobil POS sifarişini tamamlamalı, 12 aydan artıq müddətə VÖEN-i, uyğun kredit tarixçəsi mövcud olmalıdır.

ABB Biz Bankın kiçik sahibkarların işini yüngülləşdirmək üçün yaratdığı maliyyə həllidir. Fərdi sahibkarlar ABB Biz tətbiqində qeydiyyatdan keçib hesab aça, debet kartı sifariş edə, sərfəli şərtlərlə və əvvəldən sona tam rəqəmsal təcrübə ilə, girovsuz, zaminsiz kredit ala bilərlər.

ABB Biz tətbiqi kiçik sahibkarlara xüsusilə böyük ehtiyac duyduqları xidmətdən - depozitsiz mobil POS terminaldan istifadə imkanı yaradır. Bundan başqa, tətbiqlə QR kodlar yaradıb ən sərfəli şəkildə ödənişlər aparmaq, eləcə də kodu paylaşıb başqalarından ödənişlər qəbul etmək olar.

"E-Mühasibim” həlli ilə tətbiq üzərindən vaxt itirmədən sadələşdirilmiş vergi bəyannaməsi formalaşdırmaq, avtomatik hesablanmış vergi məbləğinin rahat ödənişini həyata keçirmək də mümkündür. 

ABB Biz tətbiqi ilə sahibkarın öz hesabları arasında, həmçinin bankdaxili və ölkədaxili köçürmələrini həyata keçirmək, büdcə, kommunal, telekommunikasiya ödənişləri etmək imkanı var. Müştəri tətbiq vasitəsilə təyin olunmuş müştəri meneceri ilə əlaqə də qura bilir.
Tətbiqi buradan yükləyə bilərsiniz.

ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.




www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bu il daha iki Avropa ölkəsi Azərbaycan qazını alacaq - Prezident
İqtisadiyyat 23:26
Bu il daha iki Avropa ölkəsi Azərbaycan qazını alacaq - Prezident
LC Waikiki və Penti-nin Azərbaycandakı nümayəndəsi kapitalını azaldır
İqtisadiyyat 16:13
LC Waikiki və Penti-nin Azərbaycandakı nümayəndəsi kapitalını azaldır
2026-cı ildə ali təhsil müəssisələrinə 100,1 milyon manat subsidiya ayrılıb
İqtisadiyyat 14:54
2026-cı ildə ali təhsil müəssisələrinə 100,1 milyon manat subsidiya ayrılıb
Azərbaycanın dövlət borcu 25,27 milyard manat təşkil edib
İqtisadiyyat 14:04
Azərbaycanın dövlət borcu 25,27 milyard manat təşkil edib
2025-ci ilin yanvar-noyabrında Azərbaycan-Aİ ticarəti 18,7 milyard dollara çatıb
İqtisadiyyat 13:41
2025-ci ilin yanvar-noyabrında Azərbaycan-Aİ ticarəti 18,7 milyard dollara çatıb
Türkiyədə inflyasiya dekabrda 30,89%-ə düşərək son dörd ilin minimumuna enib
İqtisadiyyat 13:02
Türkiyədə inflyasiya dekabrda 30,89%-ə düşərək son dörd ilin minimumuna enib
Dünya Bankı: Azərbaycanda birbaşa xarici investisiyaların iqtisadi ötürülməsi məhduddur
İqtisadiyyat 11:58
Dünya Bankı: Azərbaycanda birbaşa xarici investisiyaların iqtisadi ötürülməsi məhduddur
TAP boru kəməri vasitəsilə Avropaya 54 milyard kubmetr Azərbaycan qazı nəql edilib
İqtisadiyyat 11:00
TAP boru kəməri vasitəsilə Avropaya 54 milyard kubmetr Azərbaycan qazı nəql edilib
Aztelekom Qarabağ və Şərqi Zəngəzurda rabitə şəbəkəsini genişləndirib
İqtisadiyyat 10:31
Aztelekom Qarabağ və Şərqi Zəngəzurda rabitə şəbəkəsini genişləndirib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol