• $
  • £

Keçmiş məktəb müəlliməsi prezident oldu

Keçmiş məktəb müəlliməsi prezident oldu
11.12.2024 21:22
Maliyyə naziri və ölkənin vitse-prezidenti vəzifələrini tutan İsveçrə siyasətçisi Karin Keler-Sutter 2025-ci il üçün İsveçrənin dövlət başçısı seçilib. Bu barədə İsveçrə Federal Məclisi (parlament) X sosial şəbəkəsində məlumat yayıb.

İsveçrə federativ parlament respublikasıdır. Prezident, Federal Şuranın (hökumət) üzvlərindən biri olaraq parlament tərəfindən bir illik müddətə, növbəti müddətə yenidən seçilmək hüququ olmadan seçilir. Bu vəzifəni əvvəllər Viola Amherd icra edirdi.

Keler-Sutter (Azad Demokratik Partiya. Liberallar, ADPL) 203 səsdən 168-ni alıb.
 
O, 2025-ci il yanvarın 1-dən vəzifəsinin icrasına başlayacaq. Vitse-prezident vəzifəsinə isə daha əvvəl ölkənin iqtisadiyyat naziri olan Qi Parmelin (İsveçrə Xalq Partiyası) seçilib.

Keler-Sutter 1963-cü ildə katolik ailəsində dünyaya gəlib. Sürix Tətbiqi Elmlər Universitetində tərcüməçilik təhsili alıb, daha sonra Friburg Universitetində pedaqogika üzrə magistratura təhsilini tamamlayıb.
 
Siyasi karyerasına 1992-ci ildə başlamazdan əvvəl məktəb müəlliməsi kimi çalışıb.
 
Britaniyanın Financial Times qəzeti 2023-cü ildə onu ilin 25 ən nüfuzlu qadını siyahısına daxil edib.
 
N.Təbrizli 


































www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Pakistanda daşqınlar nəticəsində ölənlərin sayı 45-ə çatıb
Dünya 23:42
Pakistanda daşqınlar nəticəsində ölənlərin sayı 45-ə çatıb
İran ABŞ-yə məxsus daha bir təyyarəni vurub
Dünya 22:49
İran ABŞ-yə məxsus daha bir təyyarəni vurub
ABŞ İranla danışıqlar üçün son tarixi bir sutka uzadıb
Dünya 22:38
ABŞ İranla danışıqlar üçün son tarixi bir sutka uzadıb
Lavrov və Əraqçi arasında telefon danışığı olub
Dünya 21:19
Lavrov və Əraqçi arasında telefon danışığı olub
Hakan Fidan Suriyaya gedib
Dünya 17:35
Hakan Fidan Suriyaya gedib
Zori Balayan ölüb
Dünya 10:40
Zori Balayan ölüb
İrandan Azərbaycana indiyədək 3 297 şəxs təxliyə olunub
Dünya 10:30
İrandan Azərbaycana indiyədək 3 297 şəxs təxliyə olunub
ABŞ İranda vurulan F-15 qırıcı təyyarəsinin ikinci ekipaj üzvünü xilas edib
Dünya 09:05
ABŞ İranda vurulan F-15 qırıcı təyyarəsinin ikinci ekipaj üzvünü xilas edib
Avstraliya sahillərində 6 maqnitudalı zəlzələ baş verib
Dünya 23:51
Avstraliya sahillərində 6 maqnitudalı zəlzələ baş verib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol