• $
  • £

Tramp oğlunun keçmiş nişanlısını Yunanıstana səfir göndərəcək

Tramp oğlunun keçmiş nişanlısını Yunanıstana səfir göndərəcək
12.12.2024 09:27
ABŞ-ın seçilmiş prezidenti Donald Tramp, oğlu Donald Tramp Jr.-ın keçmiş nişanlısı Kimberli Gilfoylu Yunanıstana səfir təyin edəcəyini elan edib. Bu barədə Tramp özünün Truth Social sosial şəbəkəsində yazıb.

Gələcək ABŞ prezidenti bildirib ki, Gilfoyl uzun illərdir onun "yaxın dostu və müttəfiqidir".

"Onun hüquq, media və siyasət sahələrində böyük təcrübəsi və liderliyi, eləcə də iti zəkası onu Birləşmiş Ştatları xaricdə təmsil etmək və onların maraqlarını qorumaq üçün son dərəcə uyğun namizəd edir," -  Tramp əlavə edib.

Təyinat elan olunduqdan sonra Gilfoyl bunun onun üçün böyük şərəf olduğunu bildirib və "Trampın gündəliyini həyata keçirməyi, yunan müttəfiqlərimizi dəstəkləməyi və sülh və rifahın yeni dövrünü açmağı" səbirsizliklə gözlədiyini vurğulayıb.

55 yaşlı Gilfoyl, əvvəllər San-Fransiskoda dairə prokurorunun köməkçisi və Fox News telekanalında aparıcı olub, 2018-ci il seçkilərində Respublikaçılar Partiyasının kampaniyasında iştirak edib.

Gilfoyl 2020-ci ildən bəri 46 yaşlı Donald Tramp Jr. ilə nişanlı idi. Lakin tabloidlərdə Tramp Jr.-ın 38 yaşlı sosialite Bettina Anderson, bankir Harri Loy Anderson Jr.-ın qızı ilə birlikdə şəkilləri dərc olunub.
 
Daily Mail  dekabrın 10-da onların əl-ələ tutduğu fotoları yayımlayıb.
 
Tabloidin məlumatına görə, onlar Bettinanın 38 yaşını qeyd etmək üçün romantik bir şam yeməyi keçiriblər. Məlumata görə, Tramp Jr. və Gilfoyl arasındakı nişanın ləğvi haqqında rəsmi açıqlamanın Trampın andiçmə mərasimindən sonra elan edilməsi planlaşdırılır.
 
N.Təbrizli







www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Pakistanda daşqınlar nəticəsində ölənlərin sayı 45-ə çatıb
Dünya 23:42
Pakistanda daşqınlar nəticəsində ölənlərin sayı 45-ə çatıb
İran ABŞ-yə məxsus daha bir təyyarəni vurub
Dünya 22:49
İran ABŞ-yə məxsus daha bir təyyarəni vurub
ABŞ İranla danışıqlar üçün son tarixi bir sutka uzadıb
Dünya 22:38
ABŞ İranla danışıqlar üçün son tarixi bir sutka uzadıb
Lavrov və Əraqçi arasında telefon danışığı olub
Dünya 21:19
Lavrov və Əraqçi arasında telefon danışığı olub
Hakan Fidan Suriyaya gedib
Dünya 17:35
Hakan Fidan Suriyaya gedib
Zori Balayan ölüb
Dünya 10:40
Zori Balayan ölüb
İrandan Azərbaycana indiyədək 3 297 şəxs təxliyə olunub
Dünya 10:30
İrandan Azərbaycana indiyədək 3 297 şəxs təxliyə olunub
ABŞ İranda vurulan F-15 qırıcı təyyarəsinin ikinci ekipaj üzvünü xilas edib
Dünya 09:05
ABŞ İranda vurulan F-15 qırıcı təyyarəsinin ikinci ekipaj üzvünü xilas edib
Avstraliya sahillərində 6 maqnitudalı zəlzələ baş verib
Dünya 23:51
Avstraliya sahillərində 6 maqnitudalı zəlzələ baş verib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol