• $
  • £

Rusiya "Oreşnik" ballistik sistemindən Ukraynaya qarşı istifadə edə bilər

Rusiya
12.12.2024 09:47
ABŞ kəşfiyyatının qiymətləndirməsinə görə, Rusiya yaxın günlərdə "Oreşnik" adlı eksperimental ballistik sistemindən Ukraynaya qarşı yenidən istifadə edə bilər. Bu barədə Associated Press və Reuters ABŞ rəsmilərinə istinadən məlumat yayıb.

AP-nin mənbəsinin sözlərinə görə, "Oreşnik"dən istifadə ABŞ-da daha çox qorxutma cəhdi kimi qiymətləndirilir, nəinki döyüş meydanında dönüş nöqtəsi. Onun sözlərinə görə, Rusiyada bu tip raketlərdən cəmi bir neçə ədəd var və onlar Ukraynaya qarşı müntəzəm atılan digər raketlərlə müqayisədə daha kiçik döyüş başlığına malikdir.

Reuters-in mənbəsi isə bildirib ki, Vaşinqton "Oreşnik"in müharibənin gedişatını dəyişəcəyinə inanmır: "Bu, çox güman ki, Rusiyanın Ukraynanı terrorlaşdırmaq üçün daha bir uğursuz cəhdi olacaq".

21 noyabr tarixində Ukrayna Silahlı Qüvvələri Rusiyanın ilk dəfə Dniproya qarşı qitələrarası ballistik raketdən istifadə edərək hücum etdiyini bildirmişdi. Daha sonra Rusiya prezidenti Vladimir Putin çıxışında, Dniproda müdafiə-sənaye kompleksinin obyektinə nüvə başlığı olmayan hipersəs ballistik raketi ilə zərbə endirildiyini bəyan etmişdi. O, bunu Rusiyanın "Oreşnik" adlanan ən yeni orta mənzilli ballistik raket sistemlərinin uğurlu sınağı adlandırıb.

Putinin sözlərinə görə, "Oreşnik"dən istifadə Qərb silahları — ATACMS və Storm Shadow raketlərinin Bryansk və Kursk vilayətlərinə zərbələrinə cavab olaraq həyata keçirilib.
 
Dekabrın 11-də  Rusiya Müdafiə Nazirliyi Ukrayna Silahlı Qüvvələrinin Taganroq hərbi aerodromuna qarşı yenidən ATACMS raketlərindən istifadə etdiyini bəyan edib.
 
Nazirlik, altı raketdən ikisinin vurulduğunu, digərlərinin isə radioelektron mübarizə vasitələri ilə zərərsizləşdirildiyini iddia edib.
 
N.Təbrizli

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Omanda Ermənistan səfirliyinin açılışı olub
Dünya 23:59
Omanda Ermənistan səfirliyinin açılışı olub
VI Felipe Madriddə Zelenskini qəbul edib
Dünya 23:09
VI Felipe Madriddə Zelenskini qəbul edib
"X" sosial şəbəkəsində qlobal nasazlıq müşahidə olunur
Dünya 21:19
"X" sosial şəbəkəsində qlobal nasazlıq müşahidə olunur
Cey Di Vens Macarıstana səfər edəcək
Dünya 20:30
Cey Di Vens Macarıstana səfər edəcək
Pakistan və Əfqanıstan arasında hərbi əməliyyatlar dayandırılıb
Dünya 19:48
Pakistan və Əfqanıstan arasında hərbi əməliyyatlar dayandırılıb
Pezeşkian İranın kəşfiyyat nazirinin öldürüldüyünü təsdiqləyib
Dünya 18:47
Pezeşkian İranın kəşfiyyat nazirinin öldürüldüyünü təsdiqləyib
The Guardian: ABŞ-ın hazırlıqsızlığı İran nüvə danışıqlarını iflasa uğradıb
Dünya 15:03
The Guardian: ABŞ-ın hazırlıqsızlığı İran nüvə danışıqlarını iflasa uğradıb
Gürcüstan Patriarxı II İlya vəfat edib
Dünya 23:25
Gürcüstan Patriarxı II İlya vəfat edib
SEPAH “Bəsic” qüvvələrinin rəhbərinin öldürüldüyünü təsdiqləyib
Dünya 23:01
SEPAH “Bəsic” qüvvələrinin rəhbərinin öldürüldüyünü təsdiqləyib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol