• $ 1.7
  • € 1.7517
  • ₽ 1.7594
  • ₺ 0.0472
  • £ 2.1013

Avropa Komissiyasının sədri Ərdoğanla görüşəcək

Avropa Komissiyasının sədri Ərdoğanla görüşəcək
13.12.2024 17:30
Avropa Komissiyasının sədri Ursula fon der Lyayen gələn çərşənbə axşamı Suriyaya humanitar yardımın çatdırılmasını müzakirə etmək üçün  Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşəcək. Bu barədə Avropa Komissiyasının sosial şəbəkədəki rəsmi səhifəsində məlumat verilib.

"Bu gün biz ən çox ehtiyacı olanlara təcili tibbi yardım və zəruri vasitələrin çatdırılması üçün yeni "Humanitar Hava Körpüsü" əməliyyatına start veririk. Belə qeyri-sabit dövrlərdə bizim yardımımız həmişəkindən daha vacibdir. Həmçinin, Avropa Komissiyasının sədri Ursula fon der Lyayen gələn çərşənbə axşamı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşərək Suriyaya humanitar yardımın gələcək tədarükünü müzakirə edəcək," -  məlumatda bildirilib.
 
Bu gün minlərlə suriyalı Üməyyə Məscidində cümə namazına qatılıb. Xütbəni ölkənin yeni baş naziri Məhəmməd əl-Bəşir şəxsən oxuyub.

Paylaşılan görüntülərdə məscidə gələnlərin əksəriyyətinin əllərində Türkiyə bayraqları tutduğu görünür. Bu, çox güman ki, Bəşər Əsəd rejiminin devrilməsində göstərilən dəstəyə görə Ankaraya təşəkkür ifadəsidir.

Bu arada, xarici teleqram kanallarının yazdığına görə, Rusiya Suriyadakı bütün kiçik bazalarından hərbi texnikasını çıxararaq Tartus və Xmeymimdəki iki böyük bazasına köçürür.

Suriyada üsyançıların uğurlu irəliləyişləri fonunda geniş əraziləri nəzarətində saxlayan kürd silahlı qruplaşmaları İsrail rəsmilərindən kömək istəyib. Bu barədə İsrail mediası məlumat yayıb.

Bildirilir ki, Bəşər Əsəd rejiminin süqutundan sonra İsrail ilə kürdlər arasındakı dialoq daha intensivləşib.

"Uçuş məkanını siz nəzarətdə saxlayırsınız, böyük Hermon dağını tərəddüd etmədən aldınız. Hamı sizdən qorxur… Biz sizin tərəfinizdəyik. Bizə kömək etməlisiniz, bu sizin maraqlarınıza uyğundur," -  "Suriya Demokratik Qüvvələri" (PKK/YPG terror təşkilatının liderlik etdiyi qruplaşma) komandirlərindən biri bildirib.

Suriyada vətəndaş müharibəsi zamanı kürdlər ölkə ərazisinin dörddə birinə nəzarət etməyi bacarıb. Son günlərdə üsyançılar kürdlərin nəzarətində olan şərqi Suriyadakı Münbic və Deyr-əz-Zor şəhərlərini, o cümlədən hava limanını və İraqla sərhəddə yerləşən strateji əhəmiyyətli Əl-Bukamalı geri alıblar. Şimal-şərqdə isə kürdlər Eyn-İssanı itirərək üsyançılarla atəşkəs razılaşmasına gəliblər.
 
N.Təbrizli





































www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Aİ və NATO ABŞ-sız mövcud ola bilməz - NATO-nun Baş katibi
Dünya 21:42
Aİ və NATO ABŞ-sız mövcud ola bilməz - NATO-nun Baş katibi
Tramp Ukraynaya kömək etmək istəmir və NATO-da görmür – The Washington Post
Dünya 17:31
Tramp Ukraynaya kömək etmək istəmir və NATO-da görmür – The Washington Post
Lukaşenko 87,6% səslə seçkilərdə qalib gəlib - Yenilənib
Dünya 22:00
Lukaşenko 87,6% səslə seçkilərdə qalib gəlib - Yenilənib
AZAL-ın göyərtəsində aparılan danışıqlar
Dünya 15:11
AZAL-ın göyərtəsində aparılan danışıqlar "qara qutu"dakı ilə eyni deyil - Qazaxıstan
Türkiyədə hoteldə baş verən yanğında 36-ı uşaq ölüb
Dünya 11:13
Türkiyədə hoteldə baş verən yanğında 36-ı uşaq ölüb
Türkiyədəki yanğında ölənlərin sayı 79-a çatıb - Video - Yenilənib
Dünya 20:51
Türkiyədəki yanğında ölənlərin sayı 79-a çatıb - Video - Yenilənib
Bu ölkədə qanun qızların 9 yaşında ərə getməsinə imkan verəcək
Dünya 17:53
Bu ölkədə qanun qızların 9 yaşında ərə getməsinə imkan verəcək
Tramp Putinlə istənilən vaxt görüşməyə hazır olduğunu deyib
Dünya 09:02
Tramp Putinlə istənilən vaxt görüşməyə hazır olduğunu deyib
Türkiyədə matəm elan olunub
Dünya 20:02
Türkiyədə matəm elan olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol