• $ 1.7
  • € 2.0043
  • ₽ 0.021553
  • ₺ 0.0426
  • £ 2.317

Gürcüstanda prezident seçkiləri baş tutub - MSK

Gürcüstanda prezident seçkiləri baş tutub  - MSK
14.12.2024 13:16
Gürcüstanda prezident seçkiləri baş tutub,səsvermədə seçicilərin yarısından çoxu iştirak edib.Bu barədə ölkənin Mərkəzi Seçki Komissiyasının mətbuat katibi Natiya İoseliani brifinqdə bildirib.

"Saat 11:30-a seçicilər kollegiyasının 170 üzvü artıq prosesdə iştirak edib.Seçkilər baş tutub, çünki seçicilər kollegiyasının tam tərkibinin yarısından çoxu artıq iştirak edib", - o qeyd edib.

 
***

Bu gün Gürcüstanda prezident seçkiləri keçirilir.Bu barədə Gürcüstan KİV xəbər verir.
 
Ssvermə 14:00-a qədər davam edəcək.

İclas zalında artıq səsvermə üçün xüsusi seçki qutuları quraşdırılıb.
Gürcüstan Konstitusiyasına yeni düzəlişlərə əsasən, yeni prezident deputatlardan və yerli özünüidarə orqanlarının nümayəndələrindən ibarət 300 nəfərlik seçici kollegiyası tərəfindən 5 illik müddətə seçiləcək. İlk turda səslərin üçdə ikisini qazanan namizəd qalib gəlmiş hesab olunacaq.

Gürcüstan prezidentliyinə yeganə namizəd isə deputat, Gürcüstanın futbol üzrə yığma komandasının keçmiş hücumçusu Mixail Kavelaşvilidir.

Gürcüstanın hazırkı Prezidenti Salome Zurabişvilinin səlahiyyət müddəti dekabrın 16-da başa çatır. Buna baxmayaraq, o, dövlət başçısı kimi səlahiyyət müddəti bitdikdən sonra prezident sarayını tərk etməyəcəyini bildirib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tramp Makron və Meloni ilə telefonla danışıb
Dünya 23:32
Tramp Makron və Meloni ilə telefonla danışıb
Türkiyədə meşə yanğınları ilə bağlı 44 şübhəli saxlanılıb
Dünya 23:17
Türkiyədə meşə yanğınları ilə bağlı 44 şübhəli saxlanılıb
Polşa Rusiyaya nota göndərib
Dünya 22:16
Polşa Rusiyaya nota göndərib
Türkiyədən Suriyaya ilk uçuş baş tutub
Dünya 21:40
Türkiyədən Suriyaya ilk uçuş baş tutub
İzmirin keçmiş bələdiyyə sədri həbs edilib
Dünya 21:25
İzmirin keçmiş bələdiyyə sədri həbs edilib
Ermənistan Rusiyaya nota verib
Dünya 20:02
Ermənistan Rusiyaya nota verib
Zelenski və Tramp arasında telefon danışığı olub
Dünya 17:51
Zelenski və Tramp arasında telefon danışığı olub
2025-ci ilin əvvəlindən Rusiyada müharibə nəticəsində azı 13 uşaq ölüb
Dünya 13:14
2025-ci ilin əvvəlindən Rusiyada müharibə nəticəsində azı 13 uşaq ölüb
Dronlar Rostov vilayətini və Moskvaətrafı əraziləri vurdu, ölən var
Dünya 11:57
Dronlar Rostov vilayətini və Moskvaətrafı əraziləri vurdu, ölən var
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol