• $
  • £

Aİ Gürcüstana qarşı yeni sanksiyalar üçün müzakirə aparacaq

Aİ Gürcüstana qarşı yeni sanksiyalar üçün müzakirə aparacaq
16.12.2024 09:37
Ukraynaya hərbi yardım, Bəşər Əsəd hakimiyyətinin başa çatmasından sonra Suriyadakı vəziyyət və Gürcüstan hakimiyyətinə qarşı mümkün sanksiyalar 2024-cü ildə Aİ-nin 27 ölkəsinin xarici işlər nazirlərinin Brüsseldə keçiriləcək son iclasının əsas mövzuları olacaq. İclasa Aİ diplomatiyasının yeni rəhbəri Kaia Kallas sədrlik edəcək.
 
Aİ nümayəndəsinin bir gün əvvəl Brüsseldə jurnalistlərə verdiyi məlumata görə, Ukraynadakı münaqişə və ona hərbi yardımın göstərilməsi Aİ-nin mütləq prioriteti olaraq qalır.
 
Kallas nazirlərin görüşündə Kiyevə hərbi yardımın göstərilməsi zərurətinə diqqət yetirərək məhz bunu nümayiş etdirmək niyyətindədir. Avropa diplomatının sözlərinə görə, Ukraynanın xarici işlər naziri Andrey Sibiqa görüşdə uzaqdan iştirak edərək cəbhədəki vəziyyət və Kiyevin ehtiyacları barədə məlumat verəcək.
 
Nazirlər Ukrayna münaqişəsinə görə Rusiyaya qarşı 15-ci sanksiyalar paketini, eləcə də Moskvanın iddia edilən "hibrid hərəkətləri” üçün "yeni qara siyahı”nı təsdiq edəcəklər.
 
Ötən həftə Aİ ölkələrinin daimi nümayəndələri Rusiya neftini daşıyan xarici tankerlərə qarşı tədbirlər də daxil olmaqla, 15-ci sanksiyalar paketi barədə razılığa gəliblər.

Aytac 

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Pakistanda daşqınlar nəticəsində ölənlərin sayı 45-ə çatıb
Dünya 23:42
Pakistanda daşqınlar nəticəsində ölənlərin sayı 45-ə çatıb
İran ABŞ-yə məxsus daha bir təyyarəni vurub
Dünya 22:49
İran ABŞ-yə məxsus daha bir təyyarəni vurub
ABŞ İranla danışıqlar üçün son tarixi bir sutka uzadıb
Dünya 22:38
ABŞ İranla danışıqlar üçün son tarixi bir sutka uzadıb
Lavrov və Əraqçi arasında telefon danışığı olub
Dünya 21:19
Lavrov və Əraqçi arasında telefon danışığı olub
Hakan Fidan Suriyaya gedib
Dünya 17:35
Hakan Fidan Suriyaya gedib
Zori Balayan ölüb
Dünya 10:40
Zori Balayan ölüb
İrandan Azərbaycana indiyədək 3 297 şəxs təxliyə olunub
Dünya 10:30
İrandan Azərbaycana indiyədək 3 297 şəxs təxliyə olunub
ABŞ İranda vurulan F-15 qırıcı təyyarəsinin ikinci ekipaj üzvünü xilas edib
Dünya 09:05
ABŞ İranda vurulan F-15 qırıcı təyyarəsinin ikinci ekipaj üzvünü xilas edib
Avstraliya sahillərində 6 maqnitudalı zəlzələ baş verib
Dünya 23:51
Avstraliya sahillərində 6 maqnitudalı zəlzələ baş verib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol