• $
  • £

Tampa qarşı qaldırılan cinayət işi bağlanmayacaq

Tampa qarşı qaldırılan cinayət işi bağlanmayacaq
17.12.2024 12:32
ABŞ-ın yeni seçilən prezidenti Donald Trampın 18+  filmlərinin ulduzu Stormi Danielsə rüşvət verməklə bağlı cinayət işinə dair ittihamın ləğvi üçün verdiyi vəsatət amerikalı hakim Xuan Merçan tərəfindən rədd edilib. Bu barədə CNN məlumat yayıb.

İş üzrə hakim qərar verib ki, Trampın 18+ filmlərinin ulduzu Stormi Danielsə ödənişləri gizlətmə işi üzrə ittiham hökmü prezident toxunulmazlığı ilə bağlı Ali Məhkəmənin qərarı əsasında ləğv edilə bilməz.

Merçanın qərarı, Trampın vəkillərinin may ayında onun 34 bənd üzrə biznes hesabatlarının saxtalaşdırılmasına görə təqsirli bilinməsini ləğv etdirmək cəhdlərindən birini rədd edib.

Bununla belə, hakim Trampın yenidən prezident seçilməsi səbəbindən ittiham hökmünün ləğvinə dair vəkillərin verdiyi vəsatətə dair qərar çıxarmayıb. Onun 41 səhifəlik qərarı əksinə, prezident toxunulmazlığı məsələsinə diqqət yetirib.

Merçan yazıb ki, Ali Məhkəmənin Trampın prezident vəzifəsində olduğu dövrdə rəsmi hərəkətləri ilə bağlı geniş toxunulmazlıq alması barədə qərarı ittiham hökmünün ləğvini tələb etmir. O, Manhattan Prokurorluğu tərəfindən təqdim edilən sübutların Trampın prezident postunda rəsmi fəaliyyətinə aid olmadığını vurğulayıb. Hakimin sözlərinə görə, Trampın vəkillərinin mübahisələndirdiyi sübutlar "yalnız qeyri-rəsmi davranışa” aiddir və bu səbəbdən toxunulmazlıqla qorunmamalıdır.

Trampın sözçüsü Stiven Çunq isə Merçanın qərarını "Ali Məhkəmənin toxunulmazlıq qərarına və digər çoxillik hüquq təcrübəsinə birbaşa zidd” adlandırıb.
 
N.Təbrizli
























































www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Pakistanda daşqınlar nəticəsində ölənlərin sayı 45-ə çatıb
Dünya 23:42
Pakistanda daşqınlar nəticəsində ölənlərin sayı 45-ə çatıb
İran ABŞ-yə məxsus daha bir təyyarəni vurub
Dünya 22:49
İran ABŞ-yə məxsus daha bir təyyarəni vurub
ABŞ İranla danışıqlar üçün son tarixi bir sutka uzadıb
Dünya 22:38
ABŞ İranla danışıqlar üçün son tarixi bir sutka uzadıb
Lavrov və Əraqçi arasında telefon danışığı olub
Dünya 21:19
Lavrov və Əraqçi arasında telefon danışığı olub
Hakan Fidan Suriyaya gedib
Dünya 17:35
Hakan Fidan Suriyaya gedib
Zori Balayan ölüb
Dünya 10:40
Zori Balayan ölüb
İrandan Azərbaycana indiyədək 3 297 şəxs təxliyə olunub
Dünya 10:30
İrandan Azərbaycana indiyədək 3 297 şəxs təxliyə olunub
ABŞ İranda vurulan F-15 qırıcı təyyarəsinin ikinci ekipaj üzvünü xilas edib
Dünya 09:05
ABŞ İranda vurulan F-15 qırıcı təyyarəsinin ikinci ekipaj üzvünü xilas edib
Avstraliya sahillərində 6 maqnitudalı zəlzələ baş verib
Dünya 23:51
Avstraliya sahillərində 6 maqnitudalı zəlzələ baş verib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol