• $
  • £

Bank Respublika müasir konseptli Goranboy filialını istifadəyə verdi!

Bank Respublika müasir konseptli Goranboy filialını istifadəyə verdi!
17.12.2024 15:23
Bank Respublika regionlarda iştirakını möhkəmləndirir: Yeni filial Goranboyda

 Ölkənin aparıcı banklarından biri olan Bank Respublika, müştərilərin xidmət və məhsullarına əlçatanlığını təmin etmək məqsədilə Goranboy şəhərində ən müasir bankçılıq texnologiyaları ilə təchiz olunmuş yeni filialının təntənəli açılışını edib.

Təntənəli açılışda iştirak edən bankın rəhbərliyi, yüksək standartlara cavab verən yeni filialın açılışını bildirən rəmzi qırmızı lenti kəsərək filialı müştərilərin istifadəsinə verib. Regionlarda filial şəbəkəsininnin genişləndiirlməsinin "Bank Respublika"nın strateji məqsədlərindən biri olduğunu qeyd edən "Bank Respublika"nın rəhbərliyi, yeni filialda da biznesin bütün istiqamətləri üzrə iş adamlarına dəstək olunacağını, eləcə də əhaliyə müasir bank məhsullarının sərfəli şərtlərlə təqdim ediləcəyini bildirib.

Açılışda iştirak edən rayon icra hakimiyyətinin nümayəndələri, ziyalılar və iş adamları ölkənin aparıcı 5 bankından biri olan "Bank Respublika"nın Goranboyda filial açmasının sahibkarlıq fəaliyyətinin dəstəklənməsində, real sektorun, xüsusən də kənd təsərrüfatının inkişaf etdirilməsində, eləcə də yeni iş yerlərinin açılmasında mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıblar.

Bununla, "Bank Respublika"nın ölkənin bütün regionlarını əhatə edən xidmət nöqtələrinin sayı 37-ə çatıb. Bankın yeni filialı - Goranboy şəhəri, Heydər Əliyev prospektində fəaliyyət göstərəcək.

Daha ətraflı məlumatı bankın rəsmi web saytında, facebook, instagram, linkedin səhifələrində və ya Bankın Çağrı Mərkəzinə 144 nömrəsinə zəng edərək əldə edə bilərsiniz



www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ölkədaxili nağdsız əməliyyatların həcmi artıb
İqtisadiyyat 14:58
Ölkədaxili nağdsız əməliyyatların həcmi artıb
Yelo Bank 6 nominasiya üzrə qalib seçildi
İqtisadiyyat 12:12
Yelo Bank 6 nominasiya üzrə qalib seçildi
Yelo Bank kart ödənişləri infrastrukturu üzrə müstəqil audit üçün tender elan edir
İqtisadiyyat 11:43
Yelo Bank kart ödənişləri infrastrukturu üzrə müstəqil audit üçün tender elan edir
Birbank-ın “Qazandıran bahar” kampaniyası ilə əlavə bonuslar qazanın
İqtisadiyyat 11:38
Birbank-ın “Qazandıran bahar” kampaniyası ilə əlavə bonuslar qazanın
Mərkəzi Bankı uçot dərəcəsini sabit saxlayıb
İqtisadiyyat 11:03
Mərkəzi Bankı uçot dərəcəsini sabit saxlayıb
Avropada qazın birja qiymətləri 6% artıb
İqtisadiyyat 11:00
Avropada qazın birja qiymətləri 6% artıb
Qızıl və gümüş ucuzlaşıb
İqtisadiyyat 10:36
Qızıl və gümüş ucuzlaşıb
“Azeri Light” ucuzlaşıb
İqtisadiyyat 09:39
“Azeri Light” ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:20
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol