• $
  • £

Kapital Bank məhsullarını Birbank adı altında təqdim edəcək

Kapital Bank məhsullarını Birbank adı altında  təqdim edəcək
19.12.2024 17:42
Kapital Bank 2025-ci ilin ilk rübündən bütün məhsul və xidmətlərini müştrilərə Birbank brendi altında təqdim edəcək. Bu barədə Kapital Bankın İdarə Heyətinin rəhbəri Fərid Hüseynov bildirib. 
 
"Bu dəyişiklik Kapital Bank-ın tamamilə yox olması demək deyil. Kapital Bank maliyyə institutu və korporativ brend olaraq fəaliyyətini davam etdirəcək. Lakin bütün məhsul və xidmətlər müştərilərə Birbank brendi vasitəsilə təqdim ediləcək,” – Hüseynov bildirib. 
 
Onun sözlərinə görə,  transformasiya prosesi  gələn ilin birinci rübündən başlayacaq və 2 il ərzində həyata keçiriləcək. Bu müddət ərzində Kapital Bank filialları Birbank filiallarına çevriləcək.
 
O həmçinin bildirib ki, bank filial şəbəkəsini də artırmaqda davam edəcək. 2025-ci ilin əvvəlində bankın Şuşada filialının açılması planlaşdırılıb. 
 
Hüseynovun sözlərinə görə, Kapital Bankın siyasəti ölkənin ən aparıcı rəqəmsal bankı olmaqdır. 
 
Hazırda Birbankın 3 milyondan çox aktiv müştərisi var.
 
N.Təbrizli







www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ölkədaxili nağdsız əməliyyatların həcmi artıb
İqtisadiyyat 14:58
Ölkədaxili nağdsız əməliyyatların həcmi artıb
Yelo Bank 6 nominasiya üzrə qalib seçildi
İqtisadiyyat 12:12
Yelo Bank 6 nominasiya üzrə qalib seçildi
Yelo Bank kart ödənişləri infrastrukturu üzrə müstəqil audit üçün tender elan edir
İqtisadiyyat 11:43
Yelo Bank kart ödənişləri infrastrukturu üzrə müstəqil audit üçün tender elan edir
Birbank-ın “Qazandıran bahar” kampaniyası ilə əlavə bonuslar qazanın
İqtisadiyyat 11:38
Birbank-ın “Qazandıran bahar” kampaniyası ilə əlavə bonuslar qazanın
Mərkəzi Bankı uçot dərəcəsini sabit saxlayıb
İqtisadiyyat 11:03
Mərkəzi Bankı uçot dərəcəsini sabit saxlayıb
Avropada qazın birja qiymətləri 6% artıb
İqtisadiyyat 11:00
Avropada qazın birja qiymətləri 6% artıb
Qızıl və gümüş ucuzlaşıb
İqtisadiyyat 10:36
Qızıl və gümüş ucuzlaşıb
“Azeri Light” ucuzlaşıb
İqtisadiyyat 09:39
“Azeri Light” ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:20
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol