• $
  • £

Britaniya Gürcüstan rəsmilərinə qarşı yeni sanksiyalar tətbiq edib

Britaniya Gürcüstan rəsmilərinə qarşı yeni sanksiyalar tətbiq edib
19.12.2024 18:48
Böyük Britaniya Gürcüstanın daxili işlər naziri Vaxtang Qomelauri, onun müavini Aleksandr Daraxvelidze və Gürcüstan DİN-in Tbilisi Polis Departamentinin rəhbəri Sulxan Tamazşvilini sanksiya siyahısına daxil edib.

Qara siyahıda, həmçinin, Gürcüstan DİN-in Xüsusi Tapşırıqlar Departamentinin rəhbəri Zviad Xarazişvili və Gürcüstan xüsusi təyinatlı qüvvələrinə rəhbərlik edən müavini Mileri Laqazauri də yer alır.

Tətbiq olunan tədbirlərin əsaslandırılmasında göstərilir ki, Gürcüstan güc strukturlarının rəhbərliyi "insan hüquqlarının pozulmasına bərabər hərəkətlərə görə məsuliyyət daşıyır”.
 
Bu arada səlahiyyət müddəti dekabrın 29-da bitən Gürcüstan Prezidenti Salome Zurabişvili bildirib ki, prezidentlik müddəti bitdikdən sonra mühacirətdə olan siyasətçi olmaq istəmir və Belarus müxalifətçisi Svetlana Tixanovskayanı misal gətirib.

"Gürcüstanı tərk etmək məsələsi gündəmdə deyil. Mən oradayam və istəmirəm... Mənim Tixanovskaya və ya Venesuela prezidenti (ölkəni tərk etmiş Venesuela prezidentliyinə namizəd Edmundo Qonsales) kimi tanınmağım ehtimalları var. Mən bunu istəmirəm", -  Zurabişvili Polşanın TVP World telekanalına müsahibəsində gələcəyi ilə bağlı suala cavab verərkən bildirib.

Zurabişvili həmvətənlərini hazırkı Gürcüstan hökumətinə qarşı mübarizədə onu dəstəkləməyə çağırıb və "hər şey bitdikdə" bu dəstəyə ehtiyac qalmayacağını qeyd edib. O, həmçinin, 1921-ci ildə Gürcüstanın "sovetləşdirilməsi" zamanı valideynləri və digər qohumları kimi təqib qorxusundan ölkəni tərk etməyəcəyini bildirib.

Zurabişvili 2018-ci ildə Gürcüstan prezidenti seçilib. 14 dekabrda keçirilən növbəti prezident seçkilərində "Gürcü Arzusu" partiyasının dəstəklədiyi Mixeil Kavelashvili qalib gəlib. İlk dəfə olaraq dövlət başçısı ümumi birbaşa səsvermə ilə deyil, Gürcüstanın siyasi partiyaları tərəfindən müəyyən edilmiş kvotalara uyğun olaraq 300 nəfərdən ibarət Seçki Kollegiyası tərəfindən seçilib. Prezidentliyə namizəd olmaq üçün kollegiya üzvlərinin üçdə ikisinin səsini qazanmaq tələb olunurdu. İqtidarda olan "Gürcü Arzusu"nun 300 səsdən 211-nə sahib olması namizədinin qələbəsini təmin edib.


Svetlana Tixanovskaya - kütləvi iğtişaşların təşkilində ittiham olunaraq 18 illik həbs cəzası alan müxalifətçi Sergey Tixanovskinin həyat yoldaşıdır. 2020-ci il prezident seçkilərində o, namizədliyini irəli sürmək istəyirdi, lakin həbs olunduqdan sonra həyat yoldaşı bunu etdi. Belarus Mərkəzi Seçki Komissiyasının məlumatına görə, Tixanovskaya 10,1% səs toplayıb, bundan sonra ölkədə kütləvi iğtişaşlar başlayıb. Ona və digər müxalifətçilərə qarşı bir neçə cinayət işi açılıb və nəticədə o, ölkədən qaçıb.

N.Təbrizli


www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Pakistanda daşqınlar nəticəsində ölənlərin sayı 45-ə çatıb
Dünya 23:42
Pakistanda daşqınlar nəticəsində ölənlərin sayı 45-ə çatıb
İran ABŞ-yə məxsus daha bir təyyarəni vurub
Dünya 22:49
İran ABŞ-yə məxsus daha bir təyyarəni vurub
ABŞ İranla danışıqlar üçün son tarixi bir sutka uzadıb
Dünya 22:38
ABŞ İranla danışıqlar üçün son tarixi bir sutka uzadıb
Lavrov və Əraqçi arasında telefon danışığı olub
Dünya 21:19
Lavrov və Əraqçi arasında telefon danışığı olub
Hakan Fidan Suriyaya gedib
Dünya 17:35
Hakan Fidan Suriyaya gedib
Zori Balayan ölüb
Dünya 10:40
Zori Balayan ölüb
İrandan Azərbaycana indiyədək 3 297 şəxs təxliyə olunub
Dünya 10:30
İrandan Azərbaycana indiyədək 3 297 şəxs təxliyə olunub
ABŞ İranda vurulan F-15 qırıcı təyyarəsinin ikinci ekipaj üzvünü xilas edib
Dünya 09:05
ABŞ İranda vurulan F-15 qırıcı təyyarəsinin ikinci ekipaj üzvünü xilas edib
Avstraliya sahillərində 6 maqnitudalı zəlzələ baş verib
Dünya 23:51
Avstraliya sahillərində 6 maqnitudalı zəlzələ baş verib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol