• $
  • £

ABŞ-ın köməyindən asılı olmayaraq, Ukrayna ərazilərini verməli olacaq - KİV

ABŞ-ın köməyindən asılı olmayaraq, Ukrayna ərazilərini verməli olacaq - KİV
20.12.2024 14:46
ABŞ-ın hazırkı prezidenti Co Bayden administrasiyasının ən yüksək hökumət postunda fəaliyyətinin son həftələrində ona hansı yardımı göstərəcəyindən asılı olmayaraq, Ukrayna münaqişənin həlli üçün ərazi güzəştlərinə getməyə məcbur olacaq. Bu barədə Bloomberg rəsmilərə istinadən məlumat yayıb.
 
Onların fikrincə, Kiyev təhlükəsizlik zəmanəti müqabilində ərazi iddialarından və NATO-ya üzvlükdən imtinanı nəzərdə tutan "acı nizamlanma” gözləyir.

Rəsmilər əlavə edib ki, münaqişənin sona çatması şərtləri Baydenin "son iki il ərzində qəbul etdiyi və ya qəbul edə bilmədiyi” qərarların nəticəsi olacaq.
 
Eyni zamanda, agentliyin digər həmsöhbətlərinin fikrincə, situasiyanın paradoksu ondan ibarətdir ki, ABŞ-ın hazırkı və ya gələcək administrasiyası dövründə nizamlanma razılaşmasının əldə olunmasından asılı olmayaraq, onun Ukrayna hakimiyyəti üçün nəticəsi eyni olacaq.


Amerika hakimiyyətinin nümayəndələri əvvəllər dəfələrlə vurğulamışdılar ki, Bayden administrasiyası səlahiyyət müddətinin sonuna qədər Ukraynaya hərbi yardım göstərməkdə davam etmək niyyətindədir.
 
Rusiya prezidenti Vladimir Putin birləşmiş birbaşa xətt və mətbuat konfransı zamanı sualları cavablandırarkən Moskvanın Ukrayna üzrə ilkin şərt olmadan, lakin mövcud vəziyyəti nəzərə alaraq və əvvəllər əldə edilmiş razılaşmalar əsasında danışıqlara hazır olduğunu açıqlayıb.
 
Aytac 

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Pakistanda daşqınlar nəticəsində ölənlərin sayı 45-ə çatıb
Dünya 23:42
Pakistanda daşqınlar nəticəsində ölənlərin sayı 45-ə çatıb
İran ABŞ-yə məxsus daha bir təyyarəni vurub
Dünya 22:49
İran ABŞ-yə məxsus daha bir təyyarəni vurub
ABŞ İranla danışıqlar üçün son tarixi bir sutka uzadıb
Dünya 22:38
ABŞ İranla danışıqlar üçün son tarixi bir sutka uzadıb
Lavrov və Əraqçi arasında telefon danışığı olub
Dünya 21:19
Lavrov və Əraqçi arasında telefon danışığı olub
Hakan Fidan Suriyaya gedib
Dünya 17:35
Hakan Fidan Suriyaya gedib
Zori Balayan ölüb
Dünya 10:40
Zori Balayan ölüb
İrandan Azərbaycana indiyədək 3 297 şəxs təxliyə olunub
Dünya 10:30
İrandan Azərbaycana indiyədək 3 297 şəxs təxliyə olunub
ABŞ İranda vurulan F-15 qırıcı təyyarəsinin ikinci ekipaj üzvünü xilas edib
Dünya 09:05
ABŞ İranda vurulan F-15 qırıcı təyyarəsinin ikinci ekipaj üzvünü xilas edib
Avstraliya sahillərində 6 maqnitudalı zəlzələ baş verib
Dünya 23:51
Avstraliya sahillərində 6 maqnitudalı zəlzələ baş verib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol