• $
  • £

ABB və AZAL səyahət imkanları yaradan kobrend kartını təqdim etdi!

ABB və AZAL səyahət imkanları yaradan  kobrend kartını təqdim etdi!
20.12.2024 13:01
ABB və AZAL səyahətsevərlər üçün unikal bir məhsulu — "ABB-AZAL Miles” kobrend kartını bazara təqdim edib. "The Ritz-Carlton” hotelində kartın təqdimatı keçirilib. Təqdimat tədbirində ABB-nin İdarə Heyətinin sədri Abbas İbrahimov və "Azərbaycan Hava Yolları” (AZAL) QSC-nin prezidenti Samir Rzayev də iştirak ediblər.

"ABB-AZAL Miles” kobrend kartı ilə müştəri eyni zamanda həm ABB-nin, həm AZAL-ın təqdim etdiyi özəl üstünlüklərdən faydalanır. Kart istifadəçisi gündəlik ölkədaxili və ölkəxarici nağdsız ödənişlərini bu kartla edərək hər ödənişindən millər qazanır. Qazanılmış milləri AZAL-ın mobil tətbiqində, yaxud rəsmi azal.az saytında onlayn şəkildə asanlıqla uçuş biletinə çevirmək olur.

Kartın müddəti 5 ildir. Hər bir müştəri bu müddətdə limitsiz sayda millər toplayıb sonradan onları uçuş biletinə çevirə bilər. Müştərinin qazandığı millərlə 36 ay ərzində özünə və ailə üzvlərinə uçuş bileti əldə etmək imkanı var.

Bundan başqa, "ABB-AZAL Miles” kobrend kartları ilə seçilmiş məhsuldan asılı olaraq bir çox digər üstünlüklərdən də faydalanmaq mümkündür:


• Dünyanın bir çox hava limanlarında pulsuz transfer xidməti, "Fast Track” keçidləri, "Lounge” zallarına pulsuz giriş, "duty-free” endirimləri;
• Səyahət zamanı pulsuz rouminq xidməti;
• Digər ölkələrə pulsuz viza müraciətinin təşkili;
• Heydər Əliyev Beynəlxalq Aeroportunda VIP xidmətlərindən yararlanmaq;
• Hotel və restoran endirimləri;
• Səyahət sığortası və s.


Kartın təqdimatı tədbirində çıxışı zamanı ABB-nin İdarə Heyətinin sədri Abbas İbrahimov bildirib: "Biz bu kartı yaradarkən, dəyərli partnyorumuz Azərbaycan Hava Yolları Şirkəti ilə gücümüzü birləşdirdik. Rahat və innovativ maliyyə həllərini, eksklüziv səyahət üstünlükləri ilə bir araya gətirdik. Müştərilərə, Azərbaycan vətəndaşlarına səyahətləri daha əlçatan etməyi hədəflədik. Onların gündəlik alış-verişlərini, gündəlik həyat ritmini unudulmaz səyahətlərə çevirməyə imkan yaratdıq”.

"Azərbaycan Hava Yolları” QSC-nin prezidenti Samir Rzayev təqdimat mərasimindəki nitqində qeyd edib: "Azərbaycanın milli aviadaşıyıcısı olaraq səyahətləri daha əlçatan, rahat və xoş etmək məqsədilə ölkənin ən böyük bankı ABB ilə əməkdaşlığımızı genişləndirməyə davam edirik. ABB ilə birgə təqdim etdiyimiz "ABB-AZAL Miles” kobrend kartı sərnişinlər üçün yeni imkanlar açan mühüm layihədir”. 

"ABB-AZAL Miles” kartlarını ABB mobile vasitəsilə sifariş etmək olar. Ünvana çatdırılma xidməti də mövcuddur. Kart haqqında ətraflı məlumatları buradan əldə edə bilərsiniz.

ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi "Facebook” səhifəsindən əldə etmək olar



www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ölkədaxili nağdsız əməliyyatların həcmi artıb
İqtisadiyyat 14:58
Ölkədaxili nağdsız əməliyyatların həcmi artıb
Yelo Bank 6 nominasiya üzrə qalib seçildi
İqtisadiyyat 12:12
Yelo Bank 6 nominasiya üzrə qalib seçildi
Yelo Bank kart ödənişləri infrastrukturu üzrə müstəqil audit üçün tender elan edir
İqtisadiyyat 11:43
Yelo Bank kart ödənişləri infrastrukturu üzrə müstəqil audit üçün tender elan edir
Birbank-ın “Qazandıran bahar” kampaniyası ilə əlavə bonuslar qazanın
İqtisadiyyat 11:38
Birbank-ın “Qazandıran bahar” kampaniyası ilə əlavə bonuslar qazanın
Mərkəzi Bankı uçot dərəcəsini sabit saxlayıb
İqtisadiyyat 11:03
Mərkəzi Bankı uçot dərəcəsini sabit saxlayıb
Avropada qazın birja qiymətləri 6% artıb
İqtisadiyyat 11:00
Avropada qazın birja qiymətləri 6% artıb
Qızıl və gümüş ucuzlaşıb
İqtisadiyyat 10:36
Qızıl və gümüş ucuzlaşıb
“Azeri Light” ucuzlaşıb
İqtisadiyyat 09:39
“Azeri Light” ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:20
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol