• $
  • £

Macarıstan səfiri Polşa XİN-ə çağırılıb

Macarıstan səfiri Polşa XİN-ə çağırılıb
20.12.2024 18:54
Polşa Xarici İşlər Nazirliyi (XİN) Macarıstandakı səfirini məsləhətləşmələr üçün geri çağırmaq qərarına gəlib.Bu barədə Polşa XİN-in saytında məlumat verilib.

Eyni zamanda Macarıstanın Varşavadakı səfiri notanın təqdim edilməsi üçün nazirliyə çağırılıb.

"Biz Baş nazir Viktor Orban hökumətinin Avropa həbs orderinə əsasən axtarışda olan Marçin Romanovskiyə (ədliyyə nazirinin keçmiş müavini) siyasi sığınacaq vermək qərarını Polşa Respublikasına qarşı qeyri-dostluq aktı hesab edirik", - bəyanatda deyilir.

Polşa XİN bildirib ki, bu qərarın siyasi təqiblə əsaslandırılması Polşa vətəndaşları və hakimiyyətinə qarşı təhqirdir.

Əgər Macarıstan öhdəliklərini yerinə yetirməsə, Polşa Avropa İttifaqı haqqında Müqavilənin 259-cu maddəsinə uyğun olaraq Macarıstana qarşı iş başlanması üçün Avropa Komissiyasına müraciət edəcək.

Hazırda müxalif "Hüquq və Ədalət" partiyasından olan deputatı Romanovski Ədalət Fondunun vəsaitlərinin qanunsuz xərclənməsi ilə bağlı cinayət işində əsas şübhəli şəxslərdən biridir.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Pakistanda daşqınlar nəticəsində ölənlərin sayı 45-ə çatıb
Dünya 23:42
Pakistanda daşqınlar nəticəsində ölənlərin sayı 45-ə çatıb
İran ABŞ-yə məxsus daha bir təyyarəni vurub
Dünya 22:49
İran ABŞ-yə məxsus daha bir təyyarəni vurub
ABŞ İranla danışıqlar üçün son tarixi bir sutka uzadıb
Dünya 22:38
ABŞ İranla danışıqlar üçün son tarixi bir sutka uzadıb
Lavrov və Əraqçi arasında telefon danışığı olub
Dünya 21:19
Lavrov və Əraqçi arasında telefon danışığı olub
Hakan Fidan Suriyaya gedib
Dünya 17:35
Hakan Fidan Suriyaya gedib
Zori Balayan ölüb
Dünya 10:40
Zori Balayan ölüb
İrandan Azərbaycana indiyədək 3 297 şəxs təxliyə olunub
Dünya 10:30
İrandan Azərbaycana indiyədək 3 297 şəxs təxliyə olunub
ABŞ İranda vurulan F-15 qırıcı təyyarəsinin ikinci ekipaj üzvünü xilas edib
Dünya 09:05
ABŞ İranda vurulan F-15 qırıcı təyyarəsinin ikinci ekipaj üzvünü xilas edib
Avstraliya sahillərində 6 maqnitudalı zəlzələ baş verib
Dünya 23:51
Avstraliya sahillərində 6 maqnitudalı zəlzələ baş verib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol