• $
  • £

DİN bank kartları ilə bağlı əhaliyə çağırış edib

DİN bank kartları ilə bağlı əhaliyə çağırış edib
21.12.2024 10:40
Bank işçiləri heç vaxt bankın göndərdiyi SMS-də kart kodu, PİN kodu və ya digər kod, məlumatlar tələb etmirlər.Bnu DİN-in Mətbuat xidmətinin rəisi Elşad Hacıyev bildirib.

Onun sözlərinə görə, yalnız fırıldaqçılar gizli kodlarla maraqlanırlar:
 
"Məhz bu üsulla xarici nömrələrdən zəng olunmaqla "bankdandır, bank kartınıza müdaxilə var” adı ilə talama halları var və geniş vüsət alıb. Bu metodlarla dekabrın 19-20-də ayrı-ayrı vətəndaşlara məxsus bank kartlarından 50 000, 13 000, 10 000, 8650, 8400, 4715, 4700, 7250, 4000, 3900, 3572, 3500, 2360, 2340, 2396, 2397, 2300, 2200, 1960, 1886, 1500, 1480, 1480, 1300, 1150, 900, 850, 750, 740, 570, 410, 400, 378, 200, 170, 130, 100, 97, 51, 50 manat oğurlanıb.
Elə zərərçəkmişlər var ki, özündə olan digər kartların da məlumatlarını verib ki, xahiş edirəm, buna da baxın, karta müdaxilə varsa, aradan qaldırın. Nəticədə həmin kartlarda olan vəsaitlər də oğurlanıb”.

DİN rəsmisi əlavə edib ki, heç bir halda şəxsi olan, məxfilik daşıyan bank kartı məlumatları qarşı tərəfə - naməlum şəxsə verilə bilməz, çünki bu məlumatlarla maraqlanan şəxsin məqsədi pullarınızı talamaqdır.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Yaxın Şərqdə qalan Azərbaycan vətəndaşları üçün təxliyə reysi həyata keçirilir
Cəmiyyət 19:08
Yaxın Şərqdə qalan Azərbaycan vətəndaşları üçün təxliyə reysi həyata keçirilir
Beynəlxalq axtarışda olan şəxs Monteneqrodan Azərbaycana ekstradisiya edilib
Cəmiyyət 18:18
Beynəlxalq axtarışda olan şəxs Monteneqrodan Azərbaycana ekstradisiya edilib
Liftdə qalan yeniyetmə xilas edildi - Video
Cəmiyyət 18:12
Liftdə qalan yeniyetmə xilas edildi - Video


Keçən il nikahdankənar doğulan uşaqların sayı açıqlanıb
Cəmiyyət 16:30
Keçən il nikahdankənar doğulan uşaqların sayı açıqlanıb
Pensiya yaşına çatmayanların işdən azad olunması müzakirə edilir – nazir müavini
Cəmiyyət 16:08
Pensiya yaşına çatmayanların işdən azad olunması müzakirə edilir – nazir müavini
Mingəçevirdə 19 yaşlı qız binadan yıxılıb
Cəmiyyət 16:08
Mingəçevirdə 19 yaşlı qız binadan yıxılıb
Ötən il 69 min qadın işlə təmin olunub - nazir müavini
Cəmiyyət 16:02
Ötən il 69 min qadın işlə təmin olunub - nazir müavini
Ümumtəhsil müəssisələrində müəllimlərin 81%-ni qadınlar təşkil edir
Cəmiyyət 15:53
Ümumtəhsil müəssisələrində müəllimlərin 81%-ni qadınlar təşkil edir
DİN-də qadın əməkdaşların sayı 4 min nəfəri keçir – nazir müavini
Cəmiyyət 15:39
DİN-də qadın əməkdaşların sayı 4 min nəfəri keçir – nazir müavini
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol