• $ 1.7
  • € 1.9849
  • ₽ 0.021912
  • ₺ 0.0423
  • £ 2.3046

“Azercell”in dəstəyi ilə daha bir “İnformatika Düşərgəsi” baş tutub

“Azercell”in dəstəyi ilə daha bir “İnformatika Düşərgəsi” baş tutub
21.12.2024 12:45

"Azercell”, Elm və Təhsil Nazirliyi və Təhsil İnstitutunun birgə əməkdaşlığı çərçivəsində Bakı Ali Neft Məktəbində məktəblilər üçün növbəti "İnformatika Düşərgəsi” təşkil olunub.

Düşərgədə iştirak edən məktəblilər Azərbaycanı üç nüfuzlu beynəlxalq olimpiadada təmsil edəcək.Fənn olimpiadalarına hazırlaşan şagirdlərin hazırlıq prosesi müvəffəqiyyətlə davam edir. 

Düşərgə Avropa Qızlar İnformatika Olimpiadası,Yeniyetmələrin Avropa İnformatika Olimpiadası və Beynəlxalq İnformatika Olimpiadası kimi mötəbər müsabiqələrə hazırlaşan məktəbliləri bir araya gətirib.

Təlimlərdə Bakı və Azərbaycanın müxtəlif bölgələrindən Respublika Fənn Olimpiadalarının qalibləri arasından seçilən 8-9-cu sinif şagirdləri iştirak edib.

Birhəftəlik intensiv proqram çərçivəsində iştirakçılar hər gün beynəlxalq olimpiadaların formatına uyğun yarışlara qoşulublar.

Həmçinin sessiyalar zamanı təqdim olunan məsələlərin izahı aparılıb və yeni mövzular ətrafında müzakirələr keçirilib.

2017-ci ildən etibarən məktəblilərin beynəlxalq fənn olimpiadalarına hazırlıq prosesi "Azercell Telekom” MMC-nin dəstəyi ilə həyata keçirilir.

Bu müddət ərzində Azərbaycanın bölgə və paytaxt məktəblərində təhsil alan şagirdlərimiz fərqli yaş qrupları üzrə müxtəlif miqyaslı proqramlaşdırma müsabiqələrində ümumilikdə 80 medal qazanıblar.

"Azercell Telekom” MMC haqqında ətraflı məlumat üçün: Azercell səhifəsinə keçid edə bilərsiniz.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Naftalanda sanatoriyada Özbəkistan vətəndaşının meyiti tapılıb
Cəmiyyət 22:30
Naftalanda sanatoriyada Özbəkistan vətəndaşının meyiti tapılıb
Gədəbəydə iki avtomobil toqquşub, xəsarət alan var
Cəmiyyət 21:45
Gədəbəydə iki avtomobil toqquşub, xəsarət alan var
Zaqatalada 2 yaşlı uşaq çayda boğulub
Cəmiyyət 19:00
Zaqatalada 2 yaşlı uşaq çayda boğulub
Etilen-Polietilen və Polimer Zavodlarının qurğuları dayandırılıb
Cəmiyyət 17:16
Etilen-Polietilen və Polimer Zavodlarının qurğuları dayandırılıb
İsmayıllıda 40 yaşlı qadın itkin düşüb
Cəmiyyət 15:49
İsmayıllıda 40 yaşlı qadın itkin düşüb
Paytaxt küçələri yenidən yuyulub
Cəmiyyət 13:00
Paytaxt küçələri yenidən yuyulub
Sabahın hava proqnozu
Cəmiyyət 12:35
Sabahın hava proqnozu
FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib
Cəmiyyət 12:10
FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib
Şəkidə 87 yaşlı kişini elektrik cərəyanı vurub
Cəmiyyət 10:29
Şəkidə 87 yaşlı kişini elektrik cərəyanı vurub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol