• $
  • £

Türk lirəsi ilin sonuna qədər dollar qarşısında ən aşağı həddinə çata bilər

Türk lirəsi ilin sonuna qədər dollar qarşısında ən aşağı həddinə çata bilər
23.12.2024 17:01
Türkiyənin milli valyutası ilin sonuna qədər dollar qarşısında yeni tarixi minimuma çataraq, bir dollar üçün 36 lirəyə kimi ucuzlaşa bilər. Bu barədə TGRT Haber telekanalı məlumat yayıb.

Ötən həftə lirə bir dollar üçün 35 lirə həddini keçərək daha bir antirekordu yenilədi. Türkiyə Mərkəzi Bankının məlumatına görə, dekabrın 23-də 1 dolların dəyəri 35,06 lirə təşkil edir.

Telekanal qeyd edir ki, ekspertlər və valyuta bazarları vəziyyəti diqqətlə izləyir, dolların ilin sonuna qədər 36 lirəyə çata biləcəyini gözləyirlər.

Lirə 7 aydır ki, dollar qarşısında ucuzlaşır.

Sentyabrın 19-da Türkiyə Mərkəzi Bankı iclasdan sonra əsas faiz dərəcəsini illik 50% səviyyəsində saxlamaq qərarına gəlib. 2024-cü ilin martından bu səviyyədə qalıb. Üstəlik, bu, 2002-ci ildən bəri onun maksimum ölçüsüdür. Avqustun sonunda Türkiyədə inflyasiya illik 51,97% təşkil edib, ölkənin birjasında itkilər dünyada ən böyük itkiyə çevrilib , lirənin məzənnəsi tarixi minimuma düşüb.

Aytac 
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Pakistanda daşqınlar nəticəsində ölənlərin sayı 45-ə çatıb
Dünya 23:42
Pakistanda daşqınlar nəticəsində ölənlərin sayı 45-ə çatıb
İran ABŞ-yə məxsus daha bir təyyarəni vurub
Dünya 22:49
İran ABŞ-yə məxsus daha bir təyyarəni vurub
ABŞ İranla danışıqlar üçün son tarixi bir sutka uzadıb
Dünya 22:38
ABŞ İranla danışıqlar üçün son tarixi bir sutka uzadıb
Lavrov və Əraqçi arasında telefon danışığı olub
Dünya 21:19
Lavrov və Əraqçi arasında telefon danışığı olub
Hakan Fidan Suriyaya gedib
Dünya 17:35
Hakan Fidan Suriyaya gedib
Zori Balayan ölüb
Dünya 10:40
Zori Balayan ölüb
İrandan Azərbaycana indiyədək 3 297 şəxs təxliyə olunub
Dünya 10:30
İrandan Azərbaycana indiyədək 3 297 şəxs təxliyə olunub
ABŞ İranda vurulan F-15 qırıcı təyyarəsinin ikinci ekipaj üzvünü xilas edib
Dünya 09:05
ABŞ İranda vurulan F-15 qırıcı təyyarəsinin ikinci ekipaj üzvünü xilas edib
Avstraliya sahillərində 6 maqnitudalı zəlzələ baş verib
Dünya 23:51
Avstraliya sahillərində 6 maqnitudalı zəlzələ baş verib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol