• $
  • £

Unibank komandası futbol çempionatının qalibi olub

Unibank komandası futbol çempionatının qalibi olub
24.12.2024 14:50
Unibankın əməkdaşlarından ibarət futbol komandası "Banklararası Futbol Çempionatı”nın qalibi olub. Ümumilikdə 16 komandanın qatıldığı çempionatda Unibank komandası əsl uğur hekayəsi yazıb. Keçirilən 11 oyunun heç birində məğlub olmayan komanda, bütün oyunları qələbə ilə başa vurmaqla, çempionat tarixində bir rekorda imza atıb.

Bakı Tennis Akademiyasında keçirilən final görüşün Kapital Bank komandası üzərində əsas hissəsi 1:1 hesabı ilə bitən oyununda penaltilər seriyasında Unibank komandası 2:0 hesabı ilə qələbə qazanaraq, çempionatın qalibi olub. Ümumilikdə çempionat müddətində Unibank komandası rəqiblərin qapısından ən çox qol keçirən komanda olub.

Komanda üzvləri ayrı-ayrılıqda da fərqləniblər. Çempionatın nəticələrinə görə, "Ən yaxşı oyunçu” nominasiyasının qalibi 21 qolla Unibank komandasının üzvü Telman Muxtarov,  Liqanın "Ən yaxşı qapıçısı” isə qalib komandanın nümayəndəsi Fərrux Əliyev seçilib.  Unibank komandasının baş məşqçisi Ruslan Əmircanov olub.
Qeyd edək ki, Fire League Business Cup-ın təşkil etdiyi futbol turniri artıq ənənə halını alıb. Hər il bankların əməkdaşlarından ibarət komandalar turnir çərçivəsində çempionluq uğrunda yarışırlar. 



www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ölkədaxili nağdsız əməliyyatların həcmi artıb
İqtisadiyyat 14:58
Ölkədaxili nağdsız əməliyyatların həcmi artıb
Yelo Bank 6 nominasiya üzrə qalib seçildi
İqtisadiyyat 12:12
Yelo Bank 6 nominasiya üzrə qalib seçildi
Yelo Bank kart ödənişləri infrastrukturu üzrə müstəqil audit üçün tender elan edir
İqtisadiyyat 11:43
Yelo Bank kart ödənişləri infrastrukturu üzrə müstəqil audit üçün tender elan edir
Birbank-ın “Qazandıran bahar” kampaniyası ilə əlavə bonuslar qazanın
İqtisadiyyat 11:38
Birbank-ın “Qazandıran bahar” kampaniyası ilə əlavə bonuslar qazanın
Mərkəzi Bankı uçot dərəcəsini sabit saxlayıb
İqtisadiyyat 11:03
Mərkəzi Bankı uçot dərəcəsini sabit saxlayıb
Avropada qazın birja qiymətləri 6% artıb
İqtisadiyyat 11:00
Avropada qazın birja qiymətləri 6% artıb
Qızıl və gümüş ucuzlaşıb
İqtisadiyyat 10:36
Qızıl və gümüş ucuzlaşıb
“Azeri Light” ucuzlaşıb
İqtisadiyyat 09:39
“Azeri Light” ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:20
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol