• $
  • £

Ukraynanı NATO-suz Rusiyadan qorumaq mümkündür

Ukraynanı NATO-suz Rusiyadan qorumaq mümkündür
26.12.2024 08:17
ABŞ və Avropa ölkələri Ukraynaya NATO Nizamnaməsinin kollektiv müdafiə maddəsinə bənzər təhlükəsizlik zəmanətləri təqdim edə bilər, lakin onu təşkilata qəbul etmədən. Bu barədə Foreign Affairs jurnalı yazır.

Məqalədə qeyd olunur ki, Kiyev Şimali Atlantika Alyansına üzvlük şəklində təhlükəsizlik zəmanətləri almağa çalışır. Lakin mövcud ABŞ prezidenti Co Bayden və seçilmiş dövlət başçısı Donald Tramp, döyüşlər davam edərkən və dərhal sonra Ukraynanın hərbi bloka qəbulundan çəkinmək istəyirlər.

Jurnalistlərin fikrincə, ABŞ-ın gələcək administrasiyası Ukraynanın NATO-ya üzv olması məsələsində Rusiya Federasiyasının mövqeyini nəzərə almalı olacaq.
Bununla belə, məqalə müəllifləri vurğulayırlar ki, Kiyevin alyansa mümkün üzvlüyü konflikti həll etmək üçün "uyğunsuz siyasi alət" ola bilər. Bunun səbəbi, hər hansı bir ölkənin hərbi bloka üzvlüyünün uzunmüddətli bir proses olmasıdır.

Müşahidəçilərin fikrincə, Vaşinqton və onun müttəfiqləri Kiyevə təhlükəsizlik zəmanətləri vermək üçün "daha effektiv yollar" tapıblar. Məsələn, ABŞ və Ukrayna hakimiyyətləri, ABŞ ilə Cənubi Koreya və ya ABŞ ilə İsrail arasında mövcud olan razılaşmalara bənzər qarşılıqlı təhlükəsizlik müqaviləsi imzalaya bilərlər.

Birinci müqavilə Vaşinqtonun Seula xarici hücum halında dəstək göstərməsini nəzərdə tutur. İkinci razılaşma isə İsrailə qarşı üçüncü tərəfin təcavüzü halında ABŞ hökumətinin "düzəldici tədbirlər" görməsini təmin edir.

"Müqayisəli sabitlik və sülh dövrlərinin yaradılmasına kömək edən bu yanaşmalar Ukraynaya gələcək danışıqlarda təklif edilə biləcək modellər ola bilər”, - məqalədə deyilir. 

Həmçinin məqalədə vurğulanır ki, digər bir mümkün ssenari Ukraynanın Avropa İttifaqına (Aİ) üzv qəbul olunmasıdır. Regional birliyin qaydalarına görə, təşkilatın üzv dövlətləri, digər bir üzv dövlətə hücum edildiyi təqdirdə, bütün mövcud vasitələrlə ona yardım göstərməlidir.
 
N.Təbrizli

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Pakistanda daşqınlar nəticəsində ölənlərin sayı 45-ə çatıb
Dünya 23:42
Pakistanda daşqınlar nəticəsində ölənlərin sayı 45-ə çatıb
İran ABŞ-yə məxsus daha bir təyyarəni vurub
Dünya 22:49
İran ABŞ-yə məxsus daha bir təyyarəni vurub
ABŞ İranla danışıqlar üçün son tarixi bir sutka uzadıb
Dünya 22:38
ABŞ İranla danışıqlar üçün son tarixi bir sutka uzadıb
Lavrov və Əraqçi arasında telefon danışığı olub
Dünya 21:19
Lavrov və Əraqçi arasında telefon danışığı olub
Hakan Fidan Suriyaya gedib
Dünya 17:35
Hakan Fidan Suriyaya gedib
Zori Balayan ölüb
Dünya 10:40
Zori Balayan ölüb
İrandan Azərbaycana indiyədək 3 297 şəxs təxliyə olunub
Dünya 10:30
İrandan Azərbaycana indiyədək 3 297 şəxs təxliyə olunub
ABŞ İranda vurulan F-15 qırıcı təyyarəsinin ikinci ekipaj üzvünü xilas edib
Dünya 09:05
ABŞ İranda vurulan F-15 qırıcı təyyarəsinin ikinci ekipaj üzvünü xilas edib
Avstraliya sahillərində 6 maqnitudalı zəlzələ baş verib
Dünya 23:51
Avstraliya sahillərində 6 maqnitudalı zəlzələ baş verib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol