• $ 1.7
  • € 1.9961
  • ₽ 0.021425
  • ₺ 0.0419
  • £ 2.2937

Milli Məclis hərbi xidmət keçmək yaşının 30-a endirilməsini təsdiq edib

Milli Məclis hərbi xidmət keçmək yaşının 30-a endirilməsini təsdiq edib
27.12.2024 11:35
Milli Məclis "Hərbi xidmətkeçmə haqqında" Əsasnaməyə təklif olunan dəyişiklikləri III oxunuşda qəbul edib.

Bununla bağlı Cinayət Məcəlləsində, Miqrasiya Məcəlləsində, İnzibati Xətalar Məcəlləsində, "Əhalinin sağlamlığının qorunması haqqında”, "Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin təsdiq edilməsi barədə, "Psixiatriya yardımı haqqında”, "Azərbaycan Respublikasında səfərbərlik hazırlığı və səfərbərlik haqqında” və "Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunlarında dəyişiklik edilməsi barədə layihə Milli Məclisin bugünkü plenar iclasında müzakirəyə çıxarılıb.


Təklif olunan dəyişikliyə əsasən, çağırışçılar ilkin hərbi qeydiyyata alınmış və ya alınmalı olan müddətli həqiqi hərbi xidmət keçməmiş 18 yaşından 30 yaşınadək Azərbaycanın kişi cinsli vətəndaşları olacaq.

Hazırkı qanunvericiliyə görə həmin yaş həddi 18 yaşından 35 yaşınadəkdir. Layihəyə əsasən, həmçinin Azərbaycan Silahlı Qüvvələrinin müddətli həqiqi hərbi xidmət qulluqçularının xidmət keçmək üçün son yaş həddi 36,5-dən 31,5-ə endirilir.


Qeyd olunub ki, hazırkı qanunvericiliyə əsasən, "Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunun 39-cu maddəsinə müvafiq olaraq dinc dövrdə Azərbaycan Silahlı Qüvvələrinin müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının xidməti üçün son yaş həddi 36,5 yaşdır.


Bununla bərabər, təklif edilən dəyişikliklə çağırışçıların və hərbi vəzifəlilərin yaşayış yeri üzrə qeydiyyata alınması və ya qeydiyyatdan çıxarılması, əlilliyinin müəyyən edilməsi, onların soyadının, adının, atasının adının dəyişdirilməsi, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatında doğum tarixi və yeri haqqında dəyişikliklər edilməsi, ölümünün qeydiyyatı, habelə onlar barəsində cinayət işinin başlanılması və ya məhkəmənin qanuni qüvvəyə minmiş hökmü barədə məlumatı müvafiq icra hakimiyyəti orqanına təqdim etməli olan aidiyyəti orqanlar tərəfindən "Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunu ilə müəyyən edilmiş müddətlərdə təqdim edilməməsinə görə vəzifəli şəxslər 300 manatdan 500 manatadək (hazırda 150-250 manat) məbləğdə, hüquqi şəxslər 900 manatdan 1 100 manatadək manatadək (hazırda 300-500 manat) məbləğdə cərimə ediləcəklər.


Qeyd olunub ki, qanuni əsas olmadan hərbi xidmətdən yayınmaq üçün növbəti hərbi çağırışdan və ya səfərbərlik üzrə çağırışdan boyun qaçırma iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Eyni əməllər müharibə vaxtı törədildikdə üç ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

 


www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Laçında baş verən yol qəzasında üç nəfər ölüb, bir nəfər yaralanıb
Cəmiyyət 21:59
Laçında baş verən yol qəzasında üç nəfər ölüb, bir nəfər yaralanıb
Ağdam və Füzulidəki yanğınlar söndürüldü- Yenilənib
Cəmiyyət 20:22
Ağdam və Füzulidəki yanğınlar söndürüldü- Yenilənib
Ağdamda ağır qəza- Yaralılar var
Cəmiyyət 20:15
Ağdamda ağır qəza- Yaralılar var
Qazaxda 2 maşın toqquşdu
Cəmiyyət 20:09
Qazaxda 2 maşın toqquşdu
Bakı metrosunda qatarların hərəkət vaxtı uzadılacaq
Cəmiyyət 19:17
Bakı metrosunda qatarların hərəkət vaxtı uzadılacaq
Şuşada yanğının səbəbi elektrik qısaqapanması olub
Cəmiyyət 18:14
Şuşada yanğının səbəbi elektrik qısaqapanması olub
Sabirabadda kanalda boğulan gəncin meyiti 16 km məsafədə tapılıb
Cəmiyyət 18:00
Sabirabadda kanalda boğulan gəncin meyiti 16 km məsafədə tapılıb
İyunda Azərbaycana gələn Yaxın Şərq turistlərinin sayı 32% azalıb
Cəmiyyət 16:09
İyunda Azərbaycana gələn Yaxın Şərq turistlərinin sayı 32% azalıb
Şuşada yanğın qeydə alınıb, mina partlayışları baş verib
Cəmiyyət 14:51
Şuşada yanğın qeydə alınıb, mina partlayışları baş verib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol