• $
  • £

ABŞ-da evsizlərin sayı kəskin artıb - Bloomberg

ABŞ-da evsizlərin sayı kəskin artıb - Bloomberg
28.12.2024 08:58
ABŞ -da evsizlərin sayı  2024-cü ilin yanvarında 772.000-ə yüksəlib ki, bu da rekordların təxminən 20 il əvvəl başladığından bəri ən yüksək rəqəmdir. Bloomberg bu barədə ABŞ prezident administrasiyasının hesabatına istinadən xəbər verir.

650 mindən çox insanın evsiz qaldığı 2023-cü ilin yanvar ilə müqayisədə artım 18% təşkil edib. Əsas səbəblər kirayə evlərin baha olması, sərfəli mənzillərin olmaması və ölkəyə gələn miqrantların sayının artması olub.

Hesabata görə, ən çox nəzərə çarpan artım (39%) uşaqlı ailələrdə baş verib. Mütəxəssislər qeyd edirlər ki, son on ildə kirayə evlərin qiymətinin əməkhaqqı ilə müqayisədə sürətlə artması səbəbindən ölkədə evsizliyin səviyyəsi kəskin artıb.

Hesabatda vurğulanır ki, ABŞ-ın 50 ən böyük şəhərindən 44-də ev qiymətləri gəlirlərdən daha sürətlə artmaqdadır. Hətta yeni mənzil tikintisinin rekord sürəti də bu tendensiyanın qarşısını ala bilməyib.
 
Aytac 

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Pakistanda daşqınlar nəticəsində ölənlərin sayı 45-ə çatıb
Dünya 23:42
Pakistanda daşqınlar nəticəsində ölənlərin sayı 45-ə çatıb
İran ABŞ-yə məxsus daha bir təyyarəni vurub
Dünya 22:49
İran ABŞ-yə məxsus daha bir təyyarəni vurub
ABŞ İranla danışıqlar üçün son tarixi bir sutka uzadıb
Dünya 22:38
ABŞ İranla danışıqlar üçün son tarixi bir sutka uzadıb
Lavrov və Əraqçi arasında telefon danışığı olub
Dünya 21:19
Lavrov və Əraqçi arasında telefon danışığı olub
Hakan Fidan Suriyaya gedib
Dünya 17:35
Hakan Fidan Suriyaya gedib
Zori Balayan ölüb
Dünya 10:40
Zori Balayan ölüb
İrandan Azərbaycana indiyədək 3 297 şəxs təxliyə olunub
Dünya 10:30
İrandan Azərbaycana indiyədək 3 297 şəxs təxliyə olunub
ABŞ İranda vurulan F-15 qırıcı təyyarəsinin ikinci ekipaj üzvünü xilas edib
Dünya 09:05
ABŞ İranda vurulan F-15 qırıcı təyyarəsinin ikinci ekipaj üzvünü xilas edib
Avstraliya sahillərində 6 maqnitudalı zəlzələ baş verib
Dünya 23:51
Avstraliya sahillərində 6 maqnitudalı zəlzələ baş verib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol