• $
  • £

Səkkiz Avropa ölkəsi Gürcüstanı təkrar seçkilər keçirməyə çağırıb

Səkkiz Avropa ölkəsi Gürcüstanı təkrar seçkilər keçirməyə çağırıb
29.12.2024 21:02
Şimali və Baltikyanı ölkələr Gürcüstanı təkrar parlament seçkiləri keçirməyə çağırıb.
 
Danimarka , Norveç , Finlandiya , Litva , Latviya , Estoniya , İsveç və İslandiyanın xarici işlər nazirləri adından Tbilisiyə ünvanlanmış bəyanatı  Litva Xarici İşlər Nazirliyi dərc edib.

Sənəddə səkkiz Avropa ölkəsi Gürcüstan hakimiyyətinin etirazçılara, siyasətçilərə və media nümayəndələrinə qarşı zorakılığını, habelə keçmiş prezident Salome Zurabişviliyə qarşı təhdidlərini pisləyib. Respublikadakı vəziyyətdən narahatlığını bildirib və qanun pozuntularının araşdırılmasına yenidən çağırıb.

"Biz Gürcüstan hakimiyyətini Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının tövsiyələrinə əməl etməyə və bu tövsiyələrə uyğun olaraq yeni parlament seçkilərinin keçirilməsini nəzərdən keçirməyə çağırırıq”, - bəyanatda deyilir.

Oktyabrın 26-da Gürcüstanın ali qanunverici orqanına seçkilər keçirilib. Səsvermə nəticəsində hakim "Gürcü Arzusu” partiyası parlamentdəki 150 yerdən 89-nu qazanaraq qalib gəlib, bir sıra müxalif siyasi birliklər seçkinin nəticələrini tanımayıb, "Dəyişiklik Koalisiyasının” üzvləri isə hətta deputat mandatlarından imtina ediblər. Bunun fonunda Gürcüstan prezidenti Salome Zurabişvili səsvermə pozuntuları ilə bağlı Konstitusiya Məhkəməsinə müraciət edib. O, həmçinin seçkinin nəticələri ilə bağlı etirazlara çağırıb, bundan sonra ölkə boyu mitinqlər başlayıb.
 
Gülnar

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Pakistanda daşqınlar nəticəsində ölənlərin sayı 45-ə çatıb
Dünya 23:42
Pakistanda daşqınlar nəticəsində ölənlərin sayı 45-ə çatıb
İran ABŞ-yə məxsus daha bir təyyarəni vurub
Dünya 22:49
İran ABŞ-yə məxsus daha bir təyyarəni vurub
ABŞ İranla danışıqlar üçün son tarixi bir sutka uzadıb
Dünya 22:38
ABŞ İranla danışıqlar üçün son tarixi bir sutka uzadıb
Lavrov və Əraqçi arasında telefon danışığı olub
Dünya 21:19
Lavrov və Əraqçi arasında telefon danışığı olub
Hakan Fidan Suriyaya gedib
Dünya 17:35
Hakan Fidan Suriyaya gedib
Zori Balayan ölüb
Dünya 10:40
Zori Balayan ölüb
İrandan Azərbaycana indiyədək 3 297 şəxs təxliyə olunub
Dünya 10:30
İrandan Azərbaycana indiyədək 3 297 şəxs təxliyə olunub
ABŞ İranda vurulan F-15 qırıcı təyyarəsinin ikinci ekipaj üzvünü xilas edib
Dünya 09:05
ABŞ İranda vurulan F-15 qırıcı təyyarəsinin ikinci ekipaj üzvünü xilas edib
Avstraliya sahillərində 6 maqnitudalı zəlzələ baş verib
Dünya 23:51
Avstraliya sahillərində 6 maqnitudalı zəlzələ baş verib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol