• $
  • £

Bayram günlərində metropolitenin iş rejiminə dəyişiklik ediləcək

Bayram günlərində metropolitenin iş rejiminə dəyişiklik ediləcək
30.12.2024 19:00

31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ilə əlaqədar Bakı metropoliteninin iş rejimində və qatarların hərəkət qrafikində dəyişiklik ediləcək.Bu barədə "Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətindən bildirilib.

2025-ci il yanvarın 1-nə keçən gecə Bakı metropoliteninin bütün stansiyaları saat 02:00-a qədər sərnişinlərin girişinə açıq olacaq.
Dekabrın 31-i və 2025-ci il yanvarın 1-də saat 07:00-dan 21:00-dək "28 May-Əhmədli” xəttində qatarlar 2.5 dəqiqə intervalla hərəkət edəcək.

Yanvarın 2-dən 5-dək "28 May-Əhmədli” xəttində qatarlar saat 07:00-21:00 aralığında 3 dəqiqə intervalla hərəkət edəcək. Zərurət yarandıqda, ehtiyat qatarlar xətlərə buraxılacaq.

"Bakmil” istiqamətində sərnişinlər dekabrın 31-i və yanvarın 1-də şənbə günü qrafiki, yanvarın 2-dən 5-dək isə bazar günü qrafiki ilə hərəkət edə biləcəklər.

Dekabrın 31-i gecə saatlarında sərnişin axınının çoxalacağı gözlənilən stansiyalarda, xüsusilə "Sahil”, "İçərişəhər” və "28 May” stansiyalarında tənzimləmə tədbirləri və nəzarət mexanizmləri gücləndiriləcək, təhlükəsizlik tələblərinə uyğun xüsusi giriş qaydaları tətbiq ediləcək.
 
Sıxlığın qarşısını almaq üçün sərnişinlərdən platforma boyunca bərabər paylanmaya üstünlük verilməsi xahiş olunur.

"Bakı Metropoliteni” QSC sərnişinlərdən metronun istifadə qaydalarına, ictimai asayişə və sanitar-gigiyenik normalara ciddi riayət etməyi xahiş edir.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakıda daha bir ərazidə sürüşmə olub
Cəmiyyət 15:07
Bakıda daha bir ərazidə sürüşmə olub
Sabahın hava proqnozu
Cəmiyyət 13:25
Sabahın hava proqnozu
Binəqədi rayonunda evlərdən 10 min manatlıq oğurluq edən şəxs saxlanılıb
Cəmiyyət 12:56
Binəqədi rayonunda evlərdən 10 min manatlıq oğurluq edən şəxs saxlanılıb
Masazırda iki qadın qətlə yetirilib
Cəmiyyət 12:31
Masazırda iki qadın qətlə yetirilib
Tərtərdə 7 yaşlı uşaq kanalda boğulub
Cəmiyyət 12:10
Tərtərdə 7 yaşlı uşaq kanalda boğulub
Paytaxtin qəsəbələrində iməcilik keçirilib
Cəmiyyət 11:40
Paytaxtin qəsəbələrində iməcilik keçirilib
Naxçıvan şəhərinin bəzi ərazilərində işıq olmayacaq
Cəmiyyət 10:32
Naxçıvan şəhərinin bəzi ərazilərində işıq olmayacaq
Yanğın təhlükəli avtomobil təmiri sexinin fəaliyyəti dayandırılıb
Cəmiyyət 10:08
Yanğın təhlükəli avtomobil təmiri sexinin fəaliyyəti dayandırılıb
Saatlıda narkotik və spirtli içki təsiri altında avtomobil idarə edən sürücülər saxlanılıb
Cəmiyyət 09:45
Saatlıda narkotik və spirtli içki təsiri altında avtomobil idarə edən sürücülər saxlanılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol