• $ 1.7
  • € 1.9811
  • ₽ 0.021216
  • ₺ 0.0394
  • £ 2.284

Azərbaycanlı yeniyetmələrin ölümünə görə qarşıdurma yarandı - Video

Azərbaycanlı yeniyetmələrin ölümünə görə qarşıdurma yarandı - Video
31.12.2024 12:25
Gürcüstanda iki azərbaycanlı yeniyetməni avtomobil vuraraq öldürüb.
 
"Qafqazinfo” gürcü mətbuatına istinadən xəbər verir ki, yeniyetmələrin həyatını itirməsinə səbəb olan yol-nəqliyyat hadisəsi ilə bağlı etiraz aksiyası keçiriblər və vəziyyət gərginləşib.

Məlumata görə, sakinlər uzun müddətdir təcili yardımı gözlədiklərini, lakin həkimlərin gəldikdən sonra yeniyetmələrə deyil, avtomobil sürücüsünə ilkin tibbi yardım göstərdiyini bildiriblər və bu da onların narazılığına səbəb olub.

"1TV.GE” telekanalının məlumatına görə, hadisə ilə bağlı ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilir ki, hadisə yerinə toplaşan vətəndaşlar, eləcə də ictimai asayişi qorumaq üçün hadisə yerinə gələn hüquq-mühafizə orqanlarının əməkdaşları arasında insident baş verib.

Yerli sakinlər toqquşmada iştirak edən avtomobili və təcili yardım briqadasının avtomobilini aşırıblar. Həmçinin digər vətəndaşların avtomobillərini zədələyərək sındırıblar.

Sakinlər magistral yolda nəqliyyat vasitələrinin hərəkətinə imkan verməyib, həmçinin hüquq-mühafizə orqanları əməkdaşlarının istintaq hərəkətləri aparmasına və təcili tibbi yardım briqadasına mane olublar.

Nazirlikdən qeyd olunur ki, vəziyyəti sabitləşdirmək üçün Daxili İşlər Nazirliyinin müxtəlif bölmələrinin nümayəndələri, o cümlədən patrul, kriminal və xüsusi təyinatlı idarələrinin əməkdaşları dərhal hadisə yerinə cəlb ediliblər.

O da bildirilir ki, qarşıdurma nəticəsində Daxili İşlər Nazirliyinin bir neçə əməkdaşı, həmçinin 8 vətəndaş müxtəlif xəsarətlər alıb, onlara müvafiq tibbi yardım göstərilib.

Bolnisi xəstəxanasından verilən məlumata görə, yol-nəqliyyat hadisəsindən sonra yaranan qarşıdurmada yaralananlardan ikisinin vəziyyəti ağırdır və onlar Tbilisiyə aparılıb.

Vəfat edənlər 11-ci sinif şagirdi Sinan Şərifov və 9-cu sinif şagirdi Elçin Binətovdur.

 ***

Gürcüstanda iki azərbaycanlı yeniyetməni avtomobil vurub.

"Qafqazinfo” gürcü mediasına istinadən xəbər verir ki, hadisə Marneuli-Bolnisi magistral yolunun Naxiduri (Arıxlı) kəndi ərazisindən keçən hissəsində olub.

2003 təvəllüdlü T.Ç avtomobillə iki azərbaycanlı yeniyetməni vurub.
Onlardan biri hadisə yerində, digəri isə xəstəxanada dünyasını dəyişib.
Daha iki piyada  gənc baş verən qəza nəticəsində ağır yaralanıb.

Hadisəsini törətmiş sürücü 2003-cü il təvəllüdlü T.Ç həbs edilib.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Sumqayıtda yol qəzası baş verib, xəsarət alanlar var
Cəmiyyət 00:26
Sumqayıtda yol qəzası baş verib, xəsarət alanlar var
Fuad Qəhrəmanlı DTX-yə çağırılıb
Cəmiyyət 19:41
Fuad Qəhrəmanlı DTX-yə çağırılıb
Hava ilə bağlı növbəti - Xəbərdarlıq
Cəmiyyət 18:20
Hava ilə bağlı növbəti - Xəbərdarlıq
Şirvanda 14 yaşlı qız dəm qazından zəhərlənib
Cəmiyyət 17:30
Şirvanda 14 yaşlı qız dəm qazından zəhərlənib
Bakıda yağış intensivləşəcək - Xəbərdarlıq
Cəmiyyət 16:45
Bakıda yağış intensivləşəcək - Xəbərdarlıq
Mikayılov: Bakının su-kanalizasiya infrastrukturu əhali artımı fonunda köhnəlib
Cəmiyyət 16:33
Mikayılov: Bakının su-kanalizasiya infrastrukturu əhali artımı fonunda köhnəlib
Sabah Şirvanda 4700-dən çox abonent qazsız qalacaq
Cəmiyyət 16:10
Sabah Şirvanda 4700-dən çox abonent qazsız qalacaq
Dənizə axıdılan sular 100 faiz təmizlənməlidir - Prezident
Cəmiyyət 15:36
Dənizə axıdılan sular 100 faiz təmizlənməlidir - Prezident
Bakıda iki narkokuryer saxlanılıb
Cəmiyyət 14:37
Bakıda iki narkokuryer saxlanılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol