• $ 1.7
  • € 1.9498
  • ₽ 0.020266
  • ₺ 0.0384
  • £ 2.2565

XİN Eritreyaya nota göndərib

XİN  Eritreyaya nota göndərib
08.01.2025 12:57
Azərbaycan Xarici İşlər Nazirliyi Eritreyaya 3 gəmi və heyətin girov götürülməsi ilə bağlı nota verib. Bu barədə qurumun yaydığı açıqlamada deyilir. 
 
"Zəruri tədbirlərin görülməsi məqsədilə Eritreyanın ərazi sularına girişin beynəlxalq hüquq normaları ziddiyyət təşkil etmədiyinə dair hüquqi əsaslandırma Azərbaycanın Efiopiya və Rusiyadakı səfirlikləri vasitəsilə qarşı tərəfə müvafiq nota vasitəsilə çatdırılıb. Eritreya Xarici İşlər Nazirliyində, Eritreyanın Türkiyə və Moskvadakı səfirliklərində müvafiq görüşlər keçirilib", - məlumatda deyilir. 
 
Bir gün əvvəl mətbuatda Azərbaycana məxsus 3 gəmi heyəti ilə birlikdə Afrikada, Eritreya sahillərində saxlanılması ilə bağlı məlumatlar paylaşılıb. 
 
Bundan sonra Dövlət Dəniz və Liman Agentliyi açıqlama yayaraq bu xəbəri təsdiq edib və bildirib ki, dərhal Agentlik tərəfindən Xarici İşlər Nazirliyinə işçi qaydada məlumat verilib. Bununla yanaşı, Agentlik tərəfindən Eritreya Dövlətinin dəniz nəqliyyatı sahəsi üzrə səlahiyyətli qurumuna, habelə Beynəlxalq Dəniz Təşkilatına (BDT), Eritreyanın BDT-dəki daimi nümayəndəliyinə və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı səfirliyinə rəsmi məktubla müvafiq məlumatlar təqdim edilib.
 
Mətbuatda saxlanılan gəmilərdə 18 nəfərin Azərbaycan vətəndaşı olmasına dair da xəbərlər paylaşılıb. 
 
Gülnar Nazimqızı 

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Sahibə Qafarova Asiya Boao Forumuna qatılmaq üçün Çindədir
Siyasət 16:56
Sahibə Qafarova Asiya Boao Forumuna qatılmaq üçün Çindədir
Ceyhun Bayramov iranlı həmkarı ilə Xəzər dənizi bölgəsində təhlükəsizliyi müzakirə edib
Siyasət 22:29
Ceyhun Bayramov iranlı həmkarı ilə Xəzər dənizi bölgəsində təhlükəsizliyi müzakirə edib

Azərbaycan XİN: Mariya Zaxarovanın açıqlaması ilə bağlı izahat gözləyirik
Siyasət 16:26
Azərbaycan XİN: Mariya Zaxarovanın açıqlaması ilə bağlı izahat gözləyirik
Azərbaycan XİN Pakistan xalqını təbrik edib
Siyasət 15:06
Azərbaycan XİN Pakistan xalqını təbrik edib

Çin lideri Prezident İlham Əliyevi təbrik edib
Siyasət 14:22
Çin lideri Prezident İlham Əliyevi təbrik edib

Prezident İlham Əliyev Şahbaz Şərifi təbrik edib
Siyasət 12:33
Prezident İlham Əliyev Şahbaz Şərifi təbrik edib
Azərbaycanın müdafiə naziri Türkiyə və Qətərə başsağlığı verib
Siyasət 16:59
Azərbaycanın müdafiə naziri Türkiyə və Qətərə başsağlığı verib
Sahibə Qafarovanın başçılıq etdiyi nümayəndə heyəti Tbilisiyə gedib
Siyasət 12:41
Sahibə Qafarovanın başçılıq etdiyi nümayəndə heyəti Tbilisiyə gedib
Qazaxıstan Prezidenti Türk Dövlətləri Təşkilatı sammitini elan edib
Siyasət 20:30
Qazaxıstan Prezidenti Türk Dövlətləri Təşkilatı sammitini elan edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol