• $ 1.7
  • € 2.0054
  • ₽ 0.021663
  • ₺ 0.0427
  • £ 2.3364

Bakıda növbəti yenilənmiş həyətlər istifadəyə verilib

Bakıda növbəti yenilənmiş həyətlər istifadəyə verilib
08.01.2025 23:30

Yanvarın 8-də Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın və Baku Media Mərkəzinin rəhbəri Arzu Əliyevanın iştirakı ilə paytaxtın Nizami və Xətai rayonlarında 3000-dən çox sakinin yaşadığı çoxmərtəbəli binaları əhatə edən yenilənmiş həyətlər sakinlərin istifadəsinə verilib.

Leyla Əliyeva və Arzu Əliyeva IDEA könüllüləri ilə birlikdə həyətlərdə keçirilən ağacəkmə aksiyalarına qatılıb, həmin ərazilərdə yaşayan azyaşlı sakinlərə hədiyyələr təqdim edib.

"Bizim həyət” layihəsi çərçivəsində abadlaşdırılmış digər ərazilərdə olduğu kimi, yenidən qurulmuş növbəti həyətlərdə də sağlamlıq imkanları məhdud insanların rahat hərəkəti nəzərə alınıb, bütün yaş qrupları üzrə uşaqların inkişafı üçün əlverişli şəraitin yaradılması, gənclərin asudə vaxtlarının səmərəli təşkili və onlarda idmana marağın artırılması məqsədilə ərazidə süni örtüklü mini-futbol meydançası, müxtəlif idman qurğuları, şahmat meydançası, uşaqlar üçün oyun meydançası salınıb. Eyni zamanda, həyətyanı sahələrdə söhbətgahlar, çoxsaylı oturacaqlar, quş yuvaları və pişik evləri quraşdırılıb. Bundan əlavə, həyətlərdə yeni işıqlandırma dirəkləri, müşahidə kameraları quraşdırılıb, binaların fasad və blokları tam təmir olunub, asfalt və dam örtüyü, elektrik xətləri yenilənib. Həyətlərin ərazisindəki mövcud yaşıllıqların bərpası ilə yanaşı, müxtəlif növ ağaclar, kol bitkiləri əkilərək yaşıllıq zolağı salınıb. Bununla yanaşı, həyətlərin ətrafında sıx bitən və havanın çirklənməsinin qarşısını almaq məqsədilə adi daşsarmaşığı və digər sarmaşan bitkilər əkilərək "yaşıl sədlər” yaradılıb.

IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə 2017-ci ildən etibarən "Bizim həyət” layihəsi icra olunur. Layihənin əsas məqsədi paytaxt ərazisində həyətlərin ekoloji cəhətdən təmiz və abad olması, yaşıllıqların bərpası, mənalı istirahət mühitinin formalaşdırılması, sakinlər üçün təhlükəsiz və rahat yaşam şəraitinin yaradılmasıdır. "Bizim həyət” layihəsi çərçivəsində bu günədək 156 ümumi yaşayış sahəsi abadlaşdırılaraq sakinlərin istifadəsinə verilib.

IDEA İctimai Birliyi həyətlərin abadlaşdırılması və yenidənqurma işlərinin aparılması istiqamətində sakinlərin təklif və müraciətlərini İctimai Birliyə təqdim etməyə çağırır. Müraciətlərinizi IDEA İctimai Birliyinin qaynar xətti "1113” və ya e-mail ünvanına ([email protected]) göndərməyiniz xahiş olunur.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Deputat təklif edir ki, kazino turizmi Naxçıvan və Şahdağa da həyata keçirilsin
Cəmiyyət 13:00
Deputat təklif edir ki, kazino turizmi Naxçıvan və Şahdağa da həyata keçirilsin
Ən çox əziyyət çəkən polislər ən az maaş alır - Deputat
Cəmiyyət 12:40
Ən çox əziyyət çəkən polislər ən az maaş alır - Deputat
Deputat: Şahidlər zorla polisə aparılır, telefonları qanunsuz yoxlanılır/Video
Cəmiyyət 12:28
Deputat: Şahidlər zorla polisə aparılır, telefonları qanunsuz yoxlanılır/Video
Kapitan Aqaməli Pənahov 9 il 7 ay müddətinə azadlıqdan məhrum edilib
Cəmiyyət 11:36
Kapitan Aqaməli Pənahov 9 il 7 ay müddətinə azadlıqdan məhrum edilib
Milli Məclisin növbəti iclası başlayıb
Cəmiyyət 11:00
Milli Məclisin növbəti iclası başlayıb
Güclü külək Bakıda iki ağacı aşırıb
Cəmiyyət 10:39
Güclü külək Bakıda iki ağacı aşırıb
Növbəti tədris ilində 43 azərbaycanlı tələbə Çində təhsil alacaq
Cəmiyyət 10:04
Növbəti tədris ilində 43 azərbaycanlı tələbə Çində təhsil alacaq
Xankəndidə dərzi işləyən qadın - "Əvvəllər bizə daş atırdılar"/VIDEO
Cəmiyyət 09:00
Xankəndidə dərzi işləyən qadın - "Əvvəllər bizə daş atırdılar"/VIDEO
İmişli hadisələrinə görə saxlanılanlara hökm oxunub
Cəmiyyət 23:26
İmişli hadisələrinə görə saxlanılanlara hökm oxunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol