• $
  • £

iPhone sahibləri App Store-da saxta oyun barədə xəbərdarlıq ediblər

iPhone sahibləri App Store-da saxta oyun barədə xəbərdarlıq ediblər
09.01.2025 15:28
App Store-da istifadəçilərin şəxsi məlumatlarını oğurlayan və onlardan pul almağa çalışan Baldur's Gate 3-ün iPhone və iPad üçün saxta versiyası peyda olub. Bu barədə AppleInsider portalı məlumat yayıb.

Qeyd olunur ki, saxta oyunu pulsuz yükləmək mümkündür, lakin quraşdırıldıqdan sonra istifadəçidən 30 dollara abunə olmağı xahiş olunur və ödənişdən sonra heç nə baş vermir.

Həmçinin qeyd edilir ki, hətta proqramın quraşdırılmasından dərhal sonra silinməsi istifadəçi haqqında məlumatların, o cümlədən onun İP ünvanının toplanmasına mane olmur. Buna görə də mütəxəssislər bu və buna bənzər proqramları hətta maraqdan yükləməməyi tövsiyə edirlər.

Baldur's Gate 3 heç vaxt mobil cihazlar üçün buraxılmayıb. Larian Studios oyunu smartfon və planşetlərə köçürməyi planlaşdırmır. Layihə rəsmi olaraq yalnız MacOS-da Apple M1 çipi və daha sonra Windows, PlayStation 5 və Xbox Series X/S olan cihazlarda mövcuddur.


Baldur's Gate 3 stolüstü rol oyunu Dungeons & Dragons əsasında Belçika Larian Studios tərəfindən kompüter rolu oyunudur.
 
Aytac 

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Pakistanda daşqınlar nəticəsində ölənlərin sayı 45-ə çatıb
Dünya 23:42
Pakistanda daşqınlar nəticəsində ölənlərin sayı 45-ə çatıb
İran ABŞ-yə məxsus daha bir təyyarəni vurub
Dünya 22:49
İran ABŞ-yə məxsus daha bir təyyarəni vurub
ABŞ İranla danışıqlar üçün son tarixi bir sutka uzadıb
Dünya 22:38
ABŞ İranla danışıqlar üçün son tarixi bir sutka uzadıb
Lavrov və Əraqçi arasında telefon danışığı olub
Dünya 21:19
Lavrov və Əraqçi arasında telefon danışığı olub
Hakan Fidan Suriyaya gedib
Dünya 17:35
Hakan Fidan Suriyaya gedib
Zori Balayan ölüb
Dünya 10:40
Zori Balayan ölüb
İrandan Azərbaycana indiyədək 3 297 şəxs təxliyə olunub
Dünya 10:30
İrandan Azərbaycana indiyədək 3 297 şəxs təxliyə olunub
ABŞ İranda vurulan F-15 qırıcı təyyarəsinin ikinci ekipaj üzvünü xilas edib
Dünya 09:05
ABŞ İranda vurulan F-15 qırıcı təyyarəsinin ikinci ekipaj üzvünü xilas edib
Avstraliya sahillərində 6 maqnitudalı zəlzələ baş verib
Dünya 23:51
Avstraliya sahillərində 6 maqnitudalı zəlzələ baş verib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol