• $
  • £

ABB biznes proseslərində SİMA İmza-nın geniş tətbiqinə başladı

ABB biznes proseslərində SİMA İmza-nın geniş tətbiqinə başladı
09.01.2025 15:45
ABB Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki "AzInTelecom” MMC-nin yaratdığı SİMA yeni nəsil rəqəmsal imzanın genişmiqyaslı rəqəmsal xidmətlər üzrə tətbiqinə başlayıb.
 

Artıq fərdi sahibkarlar və hüquqi şəxslər ABB-nin "İnternet Bankçılıq” (cb.abb-bank.az) xidmətində yeni müştəri kimi "SİMA İmza” ilə qeydiyyatdan keçə bilərlər. Portala daxil olduqdan sonra aşağıdakı biznes proseslərini banka getmədən, tam rəqəmsal şəkildə həyata keçirmək mümkündür:

·                Bank hesablarının açılması;
·                Pul köçürmələri və konvertasiya əməliyyatları;
·                Hökumət ödənişləri;
·                ANİPay ödənişləri;
·                Kredit ərizələrinin imzalanması;
·                ATM və POS terminal əməliyyatları;
·                AKB və Asan Finance razılıq ərizələrinin təsdiqi;
·                Qeyri-bank xidmətlərindən istifadə
 
Qeyri-bank xidmətləri dedikdə vergi xidmətləri (bəyannamələrin verilməsi) və gömrük fəaliyyəti üzrə əməliyyatlar nəzərdə tutulur.
Fərdi sahibkarlar və hüquqi şəxslər "SİMA İmza”nı heç bir xidmət məntəqəsinə getmədən onlayn əldə edirlər. Bunun üçün "SİMA İmza” tətbiqini yükləmək və qeydiyyatdan keçmək kifayətdir. SİMA yeni nəsil rəqəmsal imza ilə bağlı daha ətraflı məlumatı www.sima.az saytından və "157” Zəng Mərkəzi ilə əlaqə saxlayaraq əldə etmək olar.

ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakıda daha bir ərazidə sürüşmə olub
Cəmiyyət 15:07
Bakıda daha bir ərazidə sürüşmə olub
Sabahın hava proqnozu
Cəmiyyət 13:25
Sabahın hava proqnozu
Binəqədi rayonunda evlərdən 10 min manatlıq oğurluq edən şəxs saxlanılıb
Cəmiyyət 12:56
Binəqədi rayonunda evlərdən 10 min manatlıq oğurluq edən şəxs saxlanılıb
Masazırda iki qadın qətlə yetirilib
Cəmiyyət 12:31
Masazırda iki qadın qətlə yetirilib
Tərtərdə 7 yaşlı uşaq kanalda boğulub
Cəmiyyət 12:10
Tərtərdə 7 yaşlı uşaq kanalda boğulub
Paytaxtin qəsəbələrində iməcilik keçirilib
Cəmiyyət 11:40
Paytaxtin qəsəbələrində iməcilik keçirilib
Naxçıvan şəhərinin bəzi ərazilərində işıq olmayacaq
Cəmiyyət 10:32
Naxçıvan şəhərinin bəzi ərazilərində işıq olmayacaq
Yanğın təhlükəli avtomobil təmiri sexinin fəaliyyəti dayandırılıb
Cəmiyyət 10:08
Yanğın təhlükəli avtomobil təmiri sexinin fəaliyyəti dayandırılıb
Saatlıda narkotik və spirtli içki təsiri altında avtomobil idarə edən sürücülər saxlanılıb
Cəmiyyət 09:45
Saatlıda narkotik və spirtli içki təsiri altında avtomobil idarə edən sürücülər saxlanılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol