• $
  • £

SOCAR "Yaşıl istiqraz"ların buraxılışına başlayır

SOCAR
10.01.2025 13:48
Yanvarın 15-dən Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) "Yaşıl istiqraz"ların buraxılışına start verəcək. Bu barədə şirkətin yaydığı xəbərdə deyilir. 

Emissiyanın ümumi məbləği 200 milyon ABŞ dollarıdır.


Söhbət hər birinin nominal dəyəri 1 000 ABŞ dolları olan 200 min ədəd istiqrazdan gedir. Qiymətli kağızlar 5 il tədavüldə olacaq. Onların illik gəlirliliyi 6 %-dir. Faizlər rüblük ödəniləcək. Prosesin anderrayteri "PAŞA Kapital İnvestisiya Şirkəti" QSC-dir. "Yaşıl istiqraz"ları əldə etmək üçün son tarix 2025-ci ilin fevralın 28-dir.


"İstiqrazların "yaşıl” adlandırılması təsadüfi deyil. Belə ki, əldə olunan vəsait "SOCAR Green” MMC-nin bərpa olunan layihələrinə və investisiyalarına sərf ediləcək. Məlum olduğu üzrə, Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransı – COP29 tədbirinə ev sahibliyi edən ölkəmiz üçün "yaşıl enerji”nin inkişafı və təşviqi məsələləri prioritet əhəmiyyət daşıyır. Bu xüsusda, "Yaşıl Gəlir, Yaşıl Gələcək” şüarı altında buraxılan istiqrazlar vətəndaşlara etibarlı və stabil gəlir qazandırmaqla yanaşı, Azərbaycanın "yaşıl enerji" sahəsindəki təşəbbüslərini də dəstəkləmək məqsədi daşıyır. SOCAR bu emissiya vasitəsilə ekoloji cəhətdən təmiz enerji mənbələrinin inkişafına töhfə vermək və sürətləndirmək niyyətindədir", - deyə məlumatda qeyd olunub.


"Yaşıl istiqraz"ları 1 və 5 saylı "ASAN xidmət” mərkəzlərindəki SOCAR İstiqrazları köşklərindən, o cümlədən ölkəmizdə qeydiyyatdan keçmiş investisiya şirkətlərindən əldə etmək mümkündür.


Ətraflı məlumat üçün *1999 çağrı mərkəzi və socaristiqraz.az, socarcapital.az veb-saytlarına müraciət oluna bilər.

 SOCAR daxili kapital bazarları üçün ilk istiqraz buraxılışını 2016-cı, ikincini isə 2021-ci ildə həyata keçirib.


SOCAR İstiqrazları tədavülə buraxılandan bu günə qədər ən çox ticarət olunan korporativ qiymətli kağızdır.


SOCAR İstiqrazları ilə bağlı rəsmi məlumatlar yalnız 1 və 5 saylı "ASAN xidmət” mərkəzləri, ölkəmizdə qeydiyyatdan keçmiş investisiya şirkətləri, yuxarıda qeyd olunan çağrı nömrəsi və veb-saytlardan əldə edilə bilər.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Zaqatalada yol qəzası olub, xəsarət alan var
Cəmiyyət 12:13
Zaqatalada yol qəzası olub, xəsarət alan var

Dünən axtarışda olan 30 nəfər saxlanılıb
Cəmiyyət 10:55
Dünən axtarışda olan 30 nəfər saxlanılıb

Goranboyda döyülən şəxs xəstəxanada ölüb
Cəmiyyət 10:40
Goranboyda döyülən şəxs xəstəxanada ölüb

Dünya bazarlarında neft bahalaşır
Cəmiyyət 10:20
Dünya bazarlarında neft bahalaşır

Sumqayıtda 40 min abonentin qaz təchizatında fasilə yaranacaq
Cəmiyyət 21:00
Sumqayıtda 40 min abonentin qaz təchizatında fasilə yaranacaq

İrandan Azərbaycana indiyədək 2 949 vətəndaşı təxliyə olunub
Cəmiyyət 20:40
İrandan Azərbaycana indiyədək 2 949 vətəndaşı təxliyə olunub

Ağcabədidə ölümlə nəticələnən avtoqəza olub
Cəmiyyət 20:22
Ağcabədidə ölümlə nəticələnən avtoqəza olub

İtkin düşən 5 nəfər ötən gün tapılıb
Cəmiyyət 19:57
İtkin düşən 5 nəfər ötən gün tapılıb
Azərbaycandan Ermənistana bu məhsullar göndəriləcək
Cəmiyyət 17:50
Azərbaycandan Ermənistana bu məhsullar göndəriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol