• $ 1.7
  • € 1.9733
  • ₽ 0.020876
  • ₺ 0.0404
  • £ 2.2645

Avtomobilə girib içində ocaq qaladı - Ölən şəxslə bağlı yeni detallar məlum olub

Avtomobilə girib içində ocaq qaladı - Ölən şəxslə bağlı yeni detallar məlum olub
13.01.2025 11:31
Sumqayıtda maşında yanaraq ölən şəxs narkotik aludəçisi olub. Bu barədə Qafqazinfo məlumat yayıb.  
 
Belə ki,  avtomobilidə yanaraq ölən şəxs narkotik aludəçisi olub. Kimyaçılar qəsəbəsində yaşayan F.Həsənli gecə saatlarında küçədə gördüyü avtomobilin şüşəsini sındıraraq içəri daxil olub. O, soyuqdan qorunmaq üçün daxil olduğu avtomobilin içində ocaq yandırıb və yuxuya gedib. Salonun alovlanması nəticəsində R.Nəzərova məxsus avtomobil tamamilə yararsız hala düşüb və maşından çıxa bilməyən Fikrət yanaraq ölüb.
 
Bundan əvvəl avtomobilin sahibi həmin şəxsi əvvəldən tanımadığını bildirib.


O, həmçinin qeyd edib ki, avtomobilini evin qarşısında saxlayıb və gecə yanğın xəbərinə küçəyə çıxıb. Bu zaman maşının salon hissəsində yanğın baş verdiyini görüb.

Ölən şəxsin cinayət qurbanı olması və ya özünün hər hansı başqa niyyətlə maşına daxil olması nəticəsində ölməsi versiyaları araşdırılır.

Hazırda prokurorluq tərəfindən zəruri ekspertizalar təyin edilib.


www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakıda ev yanıb, xəsarət alan var
Cəmiyyət 21:00
Bakıda ev yanıb, xəsarət alan var
Sumqayıtda evdən meyit tapılıb
Cəmiyyət 19:06
Sumqayıtda evdən meyit tapılıb
Sabahın havası meteohəssas insanlar üçün əlverişlidir
Cəmiyyət 15:23
Sabahın havası meteohəssas insanlar üçün əlverişlidir
Yollarda görünüş məsafəsi məhdudlaşacaq
Cəmiyyət 14:38
Yollarda görünüş məsafəsi məhdudlaşacaq
Musiqi, incəsənət, rəssamlıq, muğam və digər sahələrdə işə qəbul üzrə test imtahanı keçirilib
Cəmiyyət 14:09
Musiqi, incəsənət, rəssamlıq, muğam və digər sahələrdə işə qəbul üzrə test imtahanı keçirilib
İmişlidə 16 yaşlı qızın nişan mərasiminin qarşısı alınıb
Cəmiyyət 13:13
İmişlidə 16 yaşlı qızın nişan mərasiminin qarşısı alınıb
Sabah yağış yağacaq, şimşək çaxacaq - PROQNOZ
Cəmiyyət 12:57
Sabah yağış yağacaq, şimşək çaxacaq - PROQNOZ
Bakıda su anbarına düşən şəxs xilas edilib - Video
Cəmiyyət 10:35
Bakıda su anbarına düşən şəxs xilas edilib - Video
Ağdaşda yol qəzası baş verib, ölənlər var
Cəmiyyət 09:39
Ağdaşda yol qəzası baş verib, ölənlər var
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol