• $ 1.7
  • € 2.0039
  • ₽ 0.022215
  • ₺ 0.039
  • £ 2.3163

Səfir: “Türkiyənin erməni diasporu ilə işbirliyi ola bilər"

Səfir: “Türkiyənin erməni diasporu ilə işbirliyi ola bilər"
29.05.2020 04:19
 “Bizim istər Ermənistanla, istər hər hansı ölkə və diaspor təşkilatı ilə Azərbaycanın maraqlarına uyğun gəlməyən münasibətdə olmağımız müzakirə mövzusu ola bilməz”. Bunu APA-ya açıqlamasında Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alper Coşqun Türkiyədə keçirilən tədbirlərə ermənilərin və erməni diaspor təşkilatlarının dəvət olunması hallarının son vaxtlar artmasına münasibət bildirərkən deyib. Səfir bildirib ki, Azərbaycanın dünyada tərəddüdsüz və ən kiçik şübhə belə etmədən güvənə biləcəyi tək dövlət varsa, o da Türkiyədir. Sözügedən məsələ ilə bağlı mediada gedən məlumatları gördüyünü bildirən səfir qeyd edib ki, Azərbaycanın həssaslığını yaxşı başa düşür: “Amma sizin də bunu çox yaxşı bilməyiniz lazımdır ki, Türkiyədə heç kim Azərbaycanın maraqlarına uyğun olmayan addım atmaz. Türkiyənin başqa ölkələrin diasporları ilə də, erməni diasporu ilə də işbirliyi ola bilər, amma bu, heç vaxt Azərbaycanın maraqları əleyhinə yönəlməyəcək. Azərbaycanla bizim ortaq maraqlarımız var. Bu mövzuda aparılan işlərdə bütün detallar ictimaiyyətə açıq olmaya bilər, amma bu o demək deyil ki, biz Azərbaycanla fərqli mövqedəyik. Azərbaycanla tam eyni mövqedə olmağımızı bilməyinizi istəyirəm”. Ermənistanın elm və təhsil nazirinin Ermənistan Respublikasının adının dəyişdirilərək, Şərqi Ermənistan qoyulması təklifini irəli sürməsi, bununla da Türkiyəyə qarşı ərazi iddiası ilə çıxış etməsinə münasibət bildirən səfir bu cür xəyalpərəst mövqedə olmağın, beynəlxalq hüquq normalarına zidd çıxışlar etməyin, regionda gələcəyə yönəlik əlaqələr qurma düşüncəsi ilə heç bir şəkildə uyğunlaşmayan açıqlamaların heç kimə faydası olmadığını bildirib: “Biz Türkiyə Cümhuriyyəti olaraq bölgədə ərazi bütövlüyünün bərqərar olmasına, suveren şəraitdə yaşamağın, normal, ortaq maraqlara uyğun gələcək qurmağın tərəfdarıyıq. Əminəm ki, bu, Azərbaycanın da mövqeyidir. Ermənistan buna köməklik etmək istəyirsə, hər şeydən əvvəl işğala son verməli olduğunu anlamalı, Ermənistanın gənc nəsillərinə belə səhv mesajlar verilməməlidir”. ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Pakistan XİN rəhbəri Azərbaycana təşəkkür edib
Siyasət 21:00
Pakistan XİN rəhbəri Azərbaycana təşəkkür edib
Vüsal Nəsirli AAYDA İdarə Heyətinin sədri təyin edilib - Yenilənib
Siyasət 19:39
Vüsal Nəsirli AAYDA İdarə Heyətinin sədri təyin edilib - Yenilənib
Azərbaycan Rusiyaya nota verib
Siyasət 18:25
Azərbaycan Rusiyaya nota verib
Prezidentdən bu milli parklarla bağlı - Fərman
Siyasət 18:14
Prezidentdən bu milli parklarla bağlı - Fərman
Milli Məclisin 10 fevral iclasında 12 qanun layihəsi müzakirəyə çıxarılır
Siyasət 10:11
Milli Məclisin 10 fevral iclasında 12 qanun layihəsi müzakirəyə çıxarılır
Prezidentin sosial media səhifələrində BƏƏ-yə işgüzar səfərindən video paylaşılıb
Siyasət 18:00
Prezidentin sosial media səhifələrində BƏƏ-yə işgüzar səfərindən video paylaşılıb
Prezident İlham Əliyevin BƏƏ səfəri başa çatıb
Siyasət 17:14
Prezident İlham Əliyevin BƏƏ səfəri başa çatıb
Separatçı rejiminin 14 başçısına hökm oxunub/Yenilənib
Siyasət 15:56
Separatçı rejiminin 14 başçısına hökm oxunub/Yenilənib
Araik Harutyunyan hökmdən narazıdır - ÖZƏL
Siyasət 15:33
Araik Harutyunyan hökmdən narazıdır - ÖZƏL
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol