• $ 1.7
  • € 1.9908
  • ₽ 0.021208
  • ₺ 0.0405
  • £ 2.2869

Ermənistan KTMT-dan çıxa bilər - Bu gün ABŞ-la strateji sənəd imzalanacaq

Ermənistan KTMT-dan çıxa bilər - Bu gün ABŞ-la strateji sənəd imzalanacaq
14.01.2025 11:22
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və ABŞ dövlət katibi Antoni Blinken strateji tərəfdaşlıq haqqında sənəd imzalayacaqlar. Bu barədə Ermənistan XİN-in X sosial şəbəkəsindəki səhifəsində məlumat verilib.

"Yanvarın 14-də xarici işlər naziri Mirzoyan və dövlət katibi Blinken Ermənistan və ABŞ arasında strateji tərəfdaşlıq haqqında sənəd imzalayacaqlar”, - deyə məlumatda bildirilir.

Ermənistanın baş naziri Nikol Paşinyan ötən ilin fevralında ölkənin  KTMT- də iştirakının dondurulduğunu açıqlamışdı. O, bunu İrəvana münasibətdə, xüsusən 2021-2022-ci illərdə ölkənin Azərbaycanla münaqişəsi zamanı  təhlükəsizlik müqaviləsinin yerinə yetirilməməsi ilə izah edib.


Dekabrda Azərbaycan prezidenti İlham Əliyev bildirib ki, Ermənistan faktiki olaraq artıq təşkilatdan çıxıb və ABŞ-ın icazəsindən sonra onu rəsmən tərk edəcək.
 
Bundan əvvəl KTMT-nin baş katibi vəzifəsini tutmuş Nikolay Bordyuja bildirib ki, Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzvlüyünü dayandırması böyük səhvdir, İrəvan həmişə Moskvadan və təşkilat üzvlərindən böyük yardım alıb.
 
ollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının  "Sarsılmaz qardaşlıq” adlı təlimləri artıq bir dəfə  2015-ci ildə Ermənistanda keçirilib. Həmin təlimlərdə  Rusiya Mərkəzi Hərbi Dairəsinin sülhməramlı briqadasının hərbçiləri, o cümlədən Ermənistan, Qazaxıstan, Belarus, Qırğızıstan və Tacikistandan olan 500-ə yaxın hərbçi iştirak edib.


2022-ci ildə KTMT ölkələrinin "Sarsılmaz qardaşlıq” hərbi təlimləri Qırğızıstanda keçirilməli idi, lakin bu ölkənin Müdafiə Nazirliyi səbəbini açıqlamadan təlimləri ləğv edib. 


KTMT 1994-cü ildə qüvvəyə minib. O zaman təşkilat 9 ölkədən ibarət olub. Daha sonra  Azərbaycan, Gürcüstan və Özbəkistan bu təşkilatı tərk edib.
 
Gülnar 


www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Statistika sahəsində çalışan işçilər təltif edilib - SƏRƏNCAM
Cəmiyyət 11:49
Statistika sahəsində çalışan işçilər təltif edilib - SƏRƏNCAM
Ötən həftə təmizlənən minalı ərazilərin sayı açıqlanıb
Cəmiyyət 11:11
Ötən həftə təmizlənən minalı ərazilərin sayı açıqlanıb
Pensiyalarsabah tam ödəniləcək
Cəmiyyət 10:27
Pensiyalarsabah tam ödəniləcək
İki gündə 80 cinayət faktı qeydə alınıb, 69 nəfər saxlanılıb – DİN
Cəmiyyət 10:14
İki gündə 80 cinayət faktı qeydə alınıb, 69 nəfər saxlanılıb – DİN
Sputnik Azərbaycan-ın rəhbəri Kartavıx Moskvaya qayıdıb
Cəmiyyət 08:22
Sputnik Azərbaycan-ın rəhbəri Kartavıx Moskvaya qayıdıb
AZAL təyyarəsi Sankt-Peterburqdan qayıtmağa məcbur olub
Cəmiyyət 08:17
AZAL təyyarəsi Sankt-Peterburqdan qayıtmağa məcbur olub
Hacıqabulda erkən nikahın qarşısı alınıb
Cəmiyyət 23:21
Hacıqabulda erkən nikahın qarşısı alınıb
Gəncədə bir ailənin dörd üzvü dəm qazından zəhərlənib
Cəmiyyət 21:30
Gəncədə bir ailənin dörd üzvü dəm qazından zəhərlənib
Üç yaşlı uşaq yeddinci mərtəbədən yıxılaraq ölüb
Cəmiyyət 18:03
Üç yaşlı uşaq yeddinci mərtəbədən yıxılaraq ölüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol