• $
  • £

Bayraktar "Türk axını" qaz kəmərinə hücumu təsdiqləyib

Bayraktar
15.01.2025 20:44
Türkiyənin energetika naziri Alparslan Bayraktar bildirib ki, "Türk axını" qaz kəmərinə hücum olub, lakin insident qaz kəmərinin fəaliyyətinə təsir etməyib və kəmər adi rejimdə işləməyə davam edir. Bu barədə Turkey Today nəşri məlumat yayıb.

"Hücumdan sonra qazın nəqli dayandırılmadı. Qaz kəməri əvvəlki gücü ilə işləməyə davam edir," – deyə Bayraktar qeyd edib. Lakin Türkiyə hakimiyyətinin bu hadisəyə görə kimi məsuliyyətli hesab etdiyini açıqlamayıb.

Daha əvvəl Rusiya Müdafiə Nazirliyi məlumat vermişdi ki, yanvarın 11-də Krasnodar diyarının Qay-Kodzor bölgəsində yerləşən, "Türk axını" qaz kəmərinin işini təmin edən "Rus" kompressor stansiyasına pilotsuz uçuş aparatları ilə hücum cəhdi olub. Rusiya tərəfi hücumun məsuliyyətini Ukrayna Silahlı Qüvvələrinin üzərinə qoyub.

Rusiya Müdafiə Nazirliyinin iddiasına görə, bütün dronlar vurulub, lakin onlardan birinin qalıqları stansiyanın binasına və avadanlıqlarına "ciddi olmayan zərər" yetirib. Bununla belə, bütün nəticələrin tez bir zamanda aradan qaldırıldığı bildirilib.
 
N.Təbrizli































O























www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ölkədaxili nağdsız əməliyyatların həcmi artıb
İqtisadiyyat 14:58
Ölkədaxili nağdsız əməliyyatların həcmi artıb
Yelo Bank 6 nominasiya üzrə qalib seçildi
İqtisadiyyat 12:12
Yelo Bank 6 nominasiya üzrə qalib seçildi
Yelo Bank kart ödənişləri infrastrukturu üzrə müstəqil audit üçün tender elan edir
İqtisadiyyat 11:43
Yelo Bank kart ödənişləri infrastrukturu üzrə müstəqil audit üçün tender elan edir
Birbank-ın “Qazandıran bahar” kampaniyası ilə əlavə bonuslar qazanın
İqtisadiyyat 11:38
Birbank-ın “Qazandıran bahar” kampaniyası ilə əlavə bonuslar qazanın
Mərkəzi Bankı uçot dərəcəsini sabit saxlayıb
İqtisadiyyat 11:03
Mərkəzi Bankı uçot dərəcəsini sabit saxlayıb
Avropada qazın birja qiymətləri 6% artıb
İqtisadiyyat 11:00
Avropada qazın birja qiymətləri 6% artıb
Qızıl və gümüş ucuzlaşıb
İqtisadiyyat 10:36
Qızıl və gümüş ucuzlaşıb
“Azeri Light” ucuzlaşıb
İqtisadiyyat 09:39
“Azeri Light” ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:20
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol