• $
  • £

“Tarix yazan qəhrəmanlarımız” layihəsi davam edir

“Tarix yazan qəhrəmanlarımız” layihəsi davam edir
16.01.2025 13:00
Qırmızı Ürəklər Fondu xeyriyyəçilik missiyasına sadiq qalaraq sosial layihələr həyata keçirməyə davam edir. Belə ki, Fond "Tarix yazan qəhrəmanlarımız” layihəsi çərçivəsində ötən gün Cəlilabad, Yevlax, Kürdəmir rayonlarından olan şəhid və qazi ailələrini sevindirib. 10 ailə tam təmirli, müasir standartlara cavab verən fərdi yaşayış evləri ilə təmin edilib. 

Evlərin açarlarının təqdim olunması zamanı çıxış edən Fondun prezidenti Yusif Poladov layihənin önəmindən və cəmiyyətdə yaratdığı dəyərdən danışıb. "Şəhidlərimiz, qazilərimiz bizim qürur mənbəyimizdir. Dövlətimiz qazilərə və şəhid ailələrinə xüsusi qayğı göstərir. Bununla yanaşı bizim kimi xeyriyyəçilik missiyası daşıyan fondların, qurumların bu mözvuya həssas yanaşması, onları hər zaman diqqət mərkəzində saxlaması olduqca vacibdir. Ona görə də biz hər zaman sizin yanınızda olacağıq. Biz, ürəkləri birləşdirərək daha güclü və həmrəy Azərbaycan üçün çalışırıq”.

Qeyd edək ki, "Tarix yazan qəhrəmanlarımız” layihəsi çərçivəsində  2023-2024-cü illər ərzində Kürdəmir, Yevlax, Cəlilabad, Salyan, Zaqatala, Gədəbəy rayonlarında donorların dəstəyi ilə ümumilikdə 30 fərdi yaşayış evi istifadəyə verilib. Onlardan 16-sı şəhid ailələrinə, 14-ü isə Qarabağ müharibəsi əlillərinə təqdim edilib. 

Qeyd edək ki, "Red Hearts” – Qırmızı Ürəklər Fondu 2019-cu ildə Kapital Bank-ın könüllü əməkdaşlarının təşəbbüsü ilə yaradılıb. 2020-ci ildə dövlət qeydiyyatına alınan Fond ölkəmizdə ianəçilik mədəniyyətinin formalaşmasına xidmət edir. Ətraf mühitin mühafizəsi, ekoloji tarazlığın bərpası, təhsil, təlim-tədris, maarifləndirmə kimi cəmiyyətin həssas və vacib mövzularına dair sosial təşəbbüslərlə çıxış edən "Red Hearts”ın ali məqsədi yardımsevər insanları xeyriyyəçilik mədəniyyəti ətrafında birləşdirməkdir. Fondun fəaliyyəti ilə ətraflı tanış olmaq və ianə edərək sözügedən mövzularda dəstək olmaq üçün https://redhearts.az saytına daxil olmaq kifayətdir.



www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ölkədaxili nağdsız əməliyyatların həcmi artıb
İqtisadiyyat 14:58
Ölkədaxili nağdsız əməliyyatların həcmi artıb
Yelo Bank 6 nominasiya üzrə qalib seçildi
İqtisadiyyat 12:12
Yelo Bank 6 nominasiya üzrə qalib seçildi
Yelo Bank kart ödənişləri infrastrukturu üzrə müstəqil audit üçün tender elan edir
İqtisadiyyat 11:43
Yelo Bank kart ödənişləri infrastrukturu üzrə müstəqil audit üçün tender elan edir
Birbank-ın “Qazandıran bahar” kampaniyası ilə əlavə bonuslar qazanın
İqtisadiyyat 11:38
Birbank-ın “Qazandıran bahar” kampaniyası ilə əlavə bonuslar qazanın
Mərkəzi Bankı uçot dərəcəsini sabit saxlayıb
İqtisadiyyat 11:03
Mərkəzi Bankı uçot dərəcəsini sabit saxlayıb
Avropada qazın birja qiymətləri 6% artıb
İqtisadiyyat 11:00
Avropada qazın birja qiymətləri 6% artıb
Qızıl və gümüş ucuzlaşıb
İqtisadiyyat 10:36
Qızıl və gümüş ucuzlaşıb
“Azeri Light” ucuzlaşıb
İqtisadiyyat 09:39
“Azeri Light” ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:20
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol