• $
  • £

Məhkəmə Cənubi Koreya Prezidentinin həbsini təsdiqləyib

Məhkəmə Cənubi Koreya Prezidentinin həbsini təsdiqləyib
16.01.2025 20:22
Seul Mərkəzi Dairə Məhkəməsi Cənubi Koreya Pezidenti Yun Sok Yolun həbsinin qanuni olduğuna qərar verib.Bu barədə "Yonhap” xəbər agentliyi məlumat yayıb.

Məhkəmə dövlət başçısının bütün iddialarını rədd edib.

Yun Sok-Yol müxalifəti qiyama yönələn fəaliyyətdə günahlandıraraq dekabrın 3-də gecə saatlarında ölkədə fövqəladə hərbi vəziyyət rejimi elan edib. Dekabrın 3-dən 4-nə keçən gecə məsələ parlamentdə səsverməyə çıxarılıb və prezidentdən hərbi vəziyyətin ləğv olunmasını tələb edən qətnamə qəbul olunub. Nəticədə dövlət başçısı təxminən 6 saat davam edən hərbi vəziyyət rejimini ləğv etmək məcburiyyətində qalıb. Dekabrın 14-də Koreya Respublikasının parlamenti Prezident Yun Sok-Yola impiçment elan edib.

Bundan sonra ordunun və təhlükəsizlik qüvvələrinin bir sıra yüksəkrütbəli zabitləri hərbi vəziyyətlə bağlı cinayət işi çərçivəsində saxlanılıb. Dekabrın əvvəlində məhkəmə Yun Sok Yol haqqında da həbs qərarı çıxarıb. Yanvarın 3-də sabiq dövlət başçısının saxlanılması üçün order alan müstəntiqlər prezident mühafizəçilərinin müqaviməti səbəbindən həbsi həyata keçirə bilməyiblər.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Hakan Fidan Suriyaya gedib
Dünya 17:35
Hakan Fidan Suriyaya gedib
Zori Balayan ölüb
Dünya 10:40
Zori Balayan ölüb
İrandan Azərbaycana indiyədək 3 297 şəxs təxliyə olunub
Dünya 10:30
İrandan Azərbaycana indiyədək 3 297 şəxs təxliyə olunub
ABŞ İranda vurulan F-15 qırıcı təyyarəsinin ikinci ekipaj üzvünü xilas edib
Dünya 09:05
ABŞ İranda vurulan F-15 qırıcı təyyarəsinin ikinci ekipaj üzvünü xilas edib
Avstraliya sahillərində 6 maqnitudalı zəlzələ baş verib
Dünya 23:51
Avstraliya sahillərində 6 maqnitudalı zəlzələ baş verib
Ərdoğan HƏMAS-ın nümayəndə heyətini qəbul edib
Dünya 21:45
Ərdoğan HƏMAS-ın nümayəndə heyətini qəbul edib
Qasım Süleymaninin qardaşı qızı övladı ilə birgə ABŞ-də həbs edilib
Dünya 19:30
Qasım Süleymaninin qardaşı qızı övladı ilə birgə ABŞ-də həbs edilib
İran İsrailin Ben-Qurion hava limanına hücum edib
Dünya 18:29
İran İsrailin Ben-Qurion hava limanına hücum edib
İstanbulda Ərdoğan və Zelenski arasında görüş başlayıb
Dünya 16:40
İstanbulda Ərdoğan və Zelenski arasında görüş başlayıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol