• $
  • £

Navalnının keçmiş 3 vəkili həbs olunub

Navalnının keçmiş 3 vəkili həbs olunub
17.01.2025 15:18
Rusiya Petuşinski şəhər məhkəməsi Aleksey Navalnının üç keçmiş vəkilini - İqor Serqunin, Aleksey Liptser və Vadim Kobzevi 3,5 ildən 5,5 ilədək müddətə azadlıqdan məhrum edib.


İttiham tərəfinin dediyinə görə, müdafiə vəkilləri mütəmadi olaraq məhbusdan onun tərəfdaşlarına mesajlar ötürüblər.

Məhkəmə təqsirləndirilən şəxslərin hər birinə üç il müddətinə hüquqi xidmət göstərməyi qadağan edib.

Navalnının vəkillərinin müdafiəsi təkid edirdi ki, cinayət tərkibi yoxdur – müttəhimlər Navalnıya "hüquqi yardım göstəriblər və heç bir siyasi fəaliyyətlə məşğul olmayıblar”.

Təqsirləndirilən şəxslərin müdafiəsi müvafiq hökmdən apellyasiya şikayəti vermək niyyətindədir. Kobzev və Liptser günahlarını etiraf etməsələr də, Serqunin istintaq zamanı bunu etiraf edib.

Fevralın 16-da cəzaçəkmə müəssisəsində qəflətən ölən Rusiya müxalifətinin lideri  Aleksey Navalnı Moskvanın Marino rayonunda dəfn edilib.
 
Navalnının nəşi fevralın 24-də anası Lüdmila Navalnıyaya təhvil verilib.
 
Aleksey Navalnı 1976-cı ildə Moskvada anadan olub. Rusiya prezidenti Vladimir Putinə aparıcı müxalifət sayılırdı.  

2013-cü ildə Moskva meri seçkilərində 27,24% səs toplayaraq Sergey Sobyanindən sonra ikinci yeri tutub.  2013-cü ilin noyabrından "Gələcəyin Rusiyası” siyasi partiyasının Mərkəzi Şurasına rəhbərlik edib. O, 2018-ci ilin martında keçirilən Rusiya prezident seçkilərində iştirak etmək niyyətini açıqlayıb və   tam hüquqlu seçki kampaniyası aparan yeganə siyasətçi olub.  Lakin Mərkəzi Seçki Komissiyası  onu qeydə almaqdan imtina edib. 2017-2018-ci illərdə Rusiyada kütləvi etiraz hərəkatının liderlik edib.  

2009-cu ildə Navalnı "Vedomosti” qəzeti tərəfindən "ilin adamı”  elan olunub.  2012 və 2021-ci illərdə "Time” jurnalı onu dünyanın 100, 2017-ci ilin iyununda isə internetin ən nüfuzlu 25 adamından biri adlandırıb.

2020-ci ildə kimyəvi maddə  ilə zəhərlənmə nəticəsində komaya düşüb.  Avqustun 20-dən 22-dək Omsk şəhər 1 saylı şəhər klinik xəstəxanasının toksikologiya şöbəsində, avqustun 22-dən sentyabrın 22-dək isə Berlindəki Charite xəstəxanasında müalicə olunub, evə buraxıldıqdan sonra Almaniyada reabilitasiya kursu keçib. 

17 yanvar 2021-ci ildə Almaniyada müalicə olunduqdan sonra Navalnı Berlindən Moskvaya qayıdıb və pasport nəzarətindən keçərkən həbs olunub.  

Navalnının zəhərlənməsi beynəlxalq və ümummilli rezonans doğurub. Avropa İttifaqı və Böyük Britaniya 6 yüksək rütbəli Rusiya məmurunu Navalnıya qarşı  kimyəvi silahdan istifadə etməklə sui-qəsd təşkil etməkdə sulçlayıb və onlara qarşı sanksiyalar tətbiq edib.

Rusiya hakimiyyəti onun zəhərlənməsində əli olması ilə bağlı ittihamları rədd edib. Vladimir Putin, mən istəsəydim o sağ qalmazdı deyə ittihamlara cavab verib. 

2021-ci ilin mayında Amnesty International hüquq müdafiə təşkilatı Navalnıya "vicdan məhbusu” statusu verib. 

2021-ci ilin oktyabrında Avropa Parlamenti Navalnıya Avropa Birliyinin insan haqları üzrə əsas mükafatı olan Saxarov mükafatı ilə təltif edib,  2022-ci ildə Nobel Sülh Mükafatına namizəd olub. 

2022-ci il martın 22-də Moskvanın Lefortovo Rayon Məhkəməsi Aleksey Navalnını dələduzluq və məhkəməyə hörmətsizlik ittihamı ilə ciddi rejimli koloniyada doqquz il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edib. 

4 avqust 2023-cü ildə Moskva Şəhər Məhkəməsi Aleksey Navalnı ekstremist icma yaratmaq, ekstremist fəaliyyəti maliyyələşdirmək və internetdə ekstremizmə çağırış ittihamı ilə xüsusi rejimli koloniyada daha 19 il həbs cəzasına məhkum edib.

 
Gülnar Nazimqızı 
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Türkiyə İrana raketlərin hava məkanını pozmasının qəbuledilməz olduğunu bildirib
Siyasət 14:56
Türkiyə İrana raketlərin hava məkanını pozmasının qəbuledilməz olduğunu bildirib
İran XİN: İran Azərbaycan və Türkiyə ərazisinə zərbə endirməyib
Siyasət 13:46
İran XİN: İran Azərbaycan və Türkiyə ərazisinə zərbə endirməyib
Rəsmi İrandan dron hücumu ilə bağlı- Açıqlama
Siyasət 15:09
Rəsmi İrandan dron hücumu ilə bağlı- Açıqlama
ABŞ Ukrayna üzrə razılaşmanı 4 iyuladək əldə etməyə çalışır — Bloomberg
Siyasət 14:30
ABŞ Ukrayna üzrə razılaşmanı 4 iyuladək əldə etməyə çalışır — Bloomberg
Davosda İran XİN başçısının çıxışı ləğv edilib
Siyasət 17:49
Davosda İran XİN başçısının çıxışı ləğv edilib
İran XİN: Etirazçılarla bağlı edam planı yoxdur, ölənlərin sayı “yüzlərlədir”
Siyasət 10:49
İran XİN: Etirazçılarla bağlı edam planı yoxdur, ölənlərin sayı “yüzlərlədir”
Hindistan vətəndaşlarına İranı tərk etmək tövsiyə olunub
Siyasət 16:06
Hindistan vətəndaşlarına İranı tərk etmək tövsiyə olunub
Tramp beynəxalq siyasətdə özünü yüksək əxlaqlı şəxs adlandırıb
Siyasət 12:56
Tramp beynəxalq siyasətdə özünü yüksək əxlaqlı şəxs adlandırıb
Xamenei iranlıları birliyi qorumağa çağırıb
Siyasət 13:36
Xamenei iranlıları birliyi qorumağa çağırıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol