• $
  • £

Kapital Bank 30-cu “Euromoney” Mərkəzi və Şərqi Avropa Forumunda

Kapital Bank 30-cu “Euromoney” Mərkəzi və Şərqi Avropa Forumunda
17.01.2025 18:07
Hər il olduğu kimi bu il də Kapital Bank Vyanada keçirilən 30-cu "Euromoney” Mərkəzi və Şərqi Avropa forumunda iştirak edib. Bu mötəbər forum regionun əsas iqtisadi və maliyyə məsələlərini müzakirə etmək və fikir mübadiləsi aparmaq üçün platforma rolunu oynayaraq 2000-dən çox maliyyə bazarı liderini, hökumət nümayəndəsini, investor və beynəlxalq təşkilatı bir araya gətirib.

Forumda Kapital Bank-ı Xəzinədarlıq Departamentinin direktoru Fərid Əliyev, bankın Maliyyə İnstitutları şöbəsinin rəisi Anar Bayramlı təmsil ediblər. Qeyd edək ki, bankın  öncəliyi daim dinamik inkişaf prosesini, beynəlxalq təcrübəni izləyərək müştərilərinə daha keyfiyyətli xidmət göstərməkdir. Elə bu məqsədlə də tədbirdə iştirak edən bank əməkdaşları dünyanın, xüsusilə aparıcı Avropa və Şərqi Avropa banklarının nümayəndələri ilə görüşüb, beynəlxalq maliyyə bazarlarında baş verən yeni tendensiyalar barədə fikir mübadiləsi aparıblar.
"Euromoney” Mərkəzi və Şərqi Avropa Forumu regiondakı əsas oyunçuların çağırışları və imkanları təhlil etmələrinə, sabitliyi və inkişafı təşviq edən siyasətlərin yaradılmasına töhfə vermələrinə imkan yaradır. Forumda mərkəzi bankların müasir iqtisadi mühitdə qarşılaşdıqları çətinliklər və imkanlar, inflyasiyanın öhdəsindən gəlmək üçün maliyyə siyasətinin effektivliyinin qiymətləndirilməsi, rəqəmsal valyutaların tətbiqi kimi mövzular müzakirə olunub.
Bundan əlavə forumda iqtisadi dayanıqlılıq, Ekoloji, Sosial və İdarəetmə (ESİ) təşəbbüsləri, maliyyə sektorunun rəqəmsallaşdırılması, davamlı maliyyələşdirmənin çətinlikləri və Avropa İttifaqına inteqrasiya prosesində Avropa iqtisadiyyatının gələcəyi kimi məsələlər də diqqət mərkəzində olub.

Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 118 filialı və 54 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün  https://kapitalbank.az  saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün— https://kbl.az/prgtk , Birbank kartı sifarişi üçün — https://kbl.az/prcrc.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ölkədaxili nağdsız əməliyyatların həcmi artıb
İqtisadiyyat 14:58
Ölkədaxili nağdsız əməliyyatların həcmi artıb
Yelo Bank 6 nominasiya üzrə qalib seçildi
İqtisadiyyat 12:12
Yelo Bank 6 nominasiya üzrə qalib seçildi
Yelo Bank kart ödənişləri infrastrukturu üzrə müstəqil audit üçün tender elan edir
İqtisadiyyat 11:43
Yelo Bank kart ödənişləri infrastrukturu üzrə müstəqil audit üçün tender elan edir
Birbank-ın “Qazandıran bahar” kampaniyası ilə əlavə bonuslar qazanın
İqtisadiyyat 11:38
Birbank-ın “Qazandıran bahar” kampaniyası ilə əlavə bonuslar qazanın
Mərkəzi Bankı uçot dərəcəsini sabit saxlayıb
İqtisadiyyat 11:03
Mərkəzi Bankı uçot dərəcəsini sabit saxlayıb
Avropada qazın birja qiymətləri 6% artıb
İqtisadiyyat 11:00
Avropada qazın birja qiymətləri 6% artıb
Qızıl və gümüş ucuzlaşıb
İqtisadiyyat 10:36
Qızıl və gümüş ucuzlaşıb
“Azeri Light” ucuzlaşıb
İqtisadiyyat 09:39
“Azeri Light” ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:20
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol