• $
  • £

Almaniya ölkəsinə qayıdan suriyalılara ödəniş edir

Almaniya ölkəsinə qayıdan suriyalılara ödəniş edir
18.01.2025 21:25
Almaniya Suriyada rejim dəyişikliyindən sonra ölkəsinə qayıdan hər suriyalı miqranta maddi yardım göstərir.Bu barədə Almaniyanın Miqrasiya və Qaçqınlar üzrə Federal İdarəsindən bildirilib.

Suriya yeni təyinat ölkəsi kimi ötən həftə Qayıdış və Reinteqrasiya Proqramına (REAG/GARP) daxil edilib. Suriyalılar ölkəni tərk etmək məcburiyyətində qalıb-qalmamalarından və ya hələ də sığınacaq prosesində olub-olmamalarından asılı olmayaraq, səyahət xərclərinin, o cümlədən aviabiletlərinin pulunun ödənilməsi üçün müraciət edə bilərlər.
 
Bundan əlavə, Almaniya ölkələrinə qayıdan şəxslərə Suriyada yeni həyata başlamaları üçün birdəfəlik maddi dəstək də təmin edir. Hər bir şəxs 1700 avroya qədər pul ala bilər. Bu birdəfəlik ödənişin hər ailə üçün ən yüksək həddi 4000 avrodur.

Ölkəni tərk etmək istəyən suriyalılar birdəfəlik başlanğıc yardımı ilə yanaşı, ölkələrində tibb xidmətləri almaq üçün də maddi dəstəklə bağlı müraciət edə bilərlər. Bunun üçün adambaşına 2000 avroya qədər yardım göstərilə bilər.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Hakan Fidan Suriyaya gedib
Dünya 17:35
Hakan Fidan Suriyaya gedib
Zori Balayan ölüb
Dünya 10:40
Zori Balayan ölüb
İrandan Azərbaycana indiyədək 3 297 şəxs təxliyə olunub
Dünya 10:30
İrandan Azərbaycana indiyədək 3 297 şəxs təxliyə olunub
ABŞ İranda vurulan F-15 qırıcı təyyarəsinin ikinci ekipaj üzvünü xilas edib
Dünya 09:05
ABŞ İranda vurulan F-15 qırıcı təyyarəsinin ikinci ekipaj üzvünü xilas edib
Avstraliya sahillərində 6 maqnitudalı zəlzələ baş verib
Dünya 23:51
Avstraliya sahillərində 6 maqnitudalı zəlzələ baş verib
Ərdoğan HƏMAS-ın nümayəndə heyətini qəbul edib
Dünya 21:45
Ərdoğan HƏMAS-ın nümayəndə heyətini qəbul edib
Qasım Süleymaninin qardaşı qızı övladı ilə birgə ABŞ-də həbs edilib
Dünya 19:30
Qasım Süleymaninin qardaşı qızı övladı ilə birgə ABŞ-də həbs edilib
İran İsrailin Ben-Qurion hava limanına hücum edib
Dünya 18:29
İran İsrailin Ben-Qurion hava limanına hücum edib
İstanbulda Ərdoğan və Zelenski arasında görüş başlayıb
Dünya 16:40
İstanbulda Ərdoğan və Zelenski arasında görüş başlayıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol