• $
  • £

“TikTok” ABŞ-də fəaliyyətini bərpa edib - Yenilənib

“TikTok” ABŞ-də fəaliyyətini bərpa edib - Yenilənib
19.01.2025 23:37

ABŞ-də TikTok mobil tətbiqi istifadəçilər üçün yenidən aktivləşdirilib.
 
Proqrama daxil olan istifadəçiləri "Yenidən xoş gəlmisiniz. Səbriniz və dəstəyiniz üçün təşəkkür edirik. ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampın səyləri sayəsində TikTok yenidən ABŞ-yə qayıdır” mesajı qarşılayır.
 
"Davam et” düyməsinə basdıqdan sonra xidmət normal rejimdə işləməyə başlayır. Bununla belə, tətbiq hələ də Apple App Store-da yükləmə üçün əlçatan deyil.

 09:50
 
"TikTok” ABŞ-da fəaliyyətini dayandırıb.

ABŞ-də mobil tətbiqə daxil olmaq istəyənlər müvafiq bildirişlə qarşılaşırlar:
"ABŞ-da "TikTok”un qadağan edilməsinə dair qanun qəbul edilib.
Buna görə də siz, "TikTok”dan istifadə edə bilməzsiniz”.

Xidmət "App Store”da axtarış nəticələrində görünmür, "Google Play”də isə sosial şəbəkəni yükləmək mümkündür, lakin quraşdırıldıqdan sonra proqram işləmir.

 08:50

Prezident Cozef Bayden Administrasiyasının qüvvəyə minən qadağası səbəbindən "TikTok” yanvarın 19-da ABŞ-də fəaliyyətini dayandırır.Bu barədə xarici KİV-lər xəbər verir.
 
ABŞ-də 170 milyona yaxın istifadəçisi olan xidmət bu həftə Birləşmiş Ştatlarda fəaliyyətini dayandıracağını bildirib, çünki hazırkı hakimiyyətdən fəaliyyətinin davam etdirilməsinin ona və tərəfdaşlarına cərimələrə səbəb olmayacağına dair heç bir zəmanət almayıb.

Bazar günü "TikTok” istifadəçilərinin xidmətə girişinin kəsiləcəyi və mobil tətbiqin "Apple” və "Google”dan silinəcəyi gözlənilir, çünki Amerika qanunlarına görə Ədliyyə Nazirliyi onlardan, eləcə də hostinq provayderlərindən bir istifadəçi üçün 5 min dollara qədər cərimə toplamaq hüququna sahib olacaq.

Qadağa və cərimələr istifadəçilərin özlərinə şamil olunmur.
 
CNN telekanalı qeyd edib ki, amerikalılara VPN xidmətlərindən istifadə edərək tətbiqə giriş imkanı veriləcək.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Hakan Fidan Suriyaya gedib
Dünya 17:35
Hakan Fidan Suriyaya gedib
Zori Balayan ölüb
Dünya 10:40
Zori Balayan ölüb
İrandan Azərbaycana indiyədək 3 297 şəxs təxliyə olunub
Dünya 10:30
İrandan Azərbaycana indiyədək 3 297 şəxs təxliyə olunub
ABŞ İranda vurulan F-15 qırıcı təyyarəsinin ikinci ekipaj üzvünü xilas edib
Dünya 09:05
ABŞ İranda vurulan F-15 qırıcı təyyarəsinin ikinci ekipaj üzvünü xilas edib
Avstraliya sahillərində 6 maqnitudalı zəlzələ baş verib
Dünya 23:51
Avstraliya sahillərində 6 maqnitudalı zəlzələ baş verib
Ərdoğan HƏMAS-ın nümayəndə heyətini qəbul edib
Dünya 21:45
Ərdoğan HƏMAS-ın nümayəndə heyətini qəbul edib
Qasım Süleymaninin qardaşı qızı övladı ilə birgə ABŞ-də həbs edilib
Dünya 19:30
Qasım Süleymaninin qardaşı qızı övladı ilə birgə ABŞ-də həbs edilib
İran İsrailin Ben-Qurion hava limanına hücum edib
Dünya 18:29
İran İsrailin Ben-Qurion hava limanına hücum edib
İstanbulda Ərdoğan və Zelenski arasında görüş başlayıb
Dünya 16:40
İstanbulda Ərdoğan və Zelenski arasında görüş başlayıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol